Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1446/2021 03.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 21 dekabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə İsayev Qurban Tapdıq oğlunun tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 21 dekabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 21.12.2020-ci il tarixli, MN ******* saylı qərara əsasən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Bu qərar aşağıda göstərilənlərə əsasən əsassızıdır və buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, yuxarıda qeyd olunan qərarda yazılmışdır ki, guya o, 21.12.2020-ci il tarixdə epidemiya qaydalarını pozaraq tibbi maskadan istifadə etməmişdir. Onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir, inzibati xəta hadisəsi baş verməmişdir və qərarda göstərilənlər işin faktiki hallarına uyğun deyildir. Çünki ölkə üzrə elan edilmiş karantin rejiminə və bununla bağlı NK-nin müvafiq qerar və tövsiyələrinə ciddi şəkildə riayət etmişdir. Digər tərəfdən, qərarın yazılmasına əsas olan protokol həmçinin mövcud qərar ona rəsmi qaydada təqdim olunmamışdır. Əks halda o, dərhal həmin qərarı mübahisələndirərdi. Onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Barəsində olan inzibati cərimə qərarının mövcudluğu barədə ona Sumqayıt şəhəri üzrə İcra İdarəsindən zəng olunaraq İcra İdarəsinə dəvət olunduğu zaman bilmişdir. O, tibbi maskadan istifadə etdiyini, həmin tarixdə qanuna zidd heç bir hərəkət etmədiyini bildirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 21 dekabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, məhkəmə iclasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 21 dekabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. İsayev Qurban Tapdıq oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 21 dekabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 134.1.3-cü və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-1446/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1446/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver