Məhkəmə qərarları › İş №3(060)-1446/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1446/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1446/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, X1 katibliyi, Zərərçəkmiş şəxslər Qənbərli Şəmistan Şahin oğlunun və Ağabəyov Seymur Tacətdin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Vüqar Sultanov tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində MN ******* və ******* №-li protokollar tərtib olunmuşdur. Protokollarda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Qənbərli Şəmistan Şahin oğlu sosial müavinat düzəltməsi üçün Şəxs Sumqayıt şəhəri, 12ci mikrorayon ərazisində yerləşən “Araz” marketdən Million aparatı ilə 200 (iki yüz) manat pul göndərmiş, lakin sonuncu telefonu söndürərək dələduzluq etmişdir və xx.xx.2022-ci il tarixdə Ağabəyov Seymur Tacətdin oğlu sosial müavinat düzəltməsi üçün Şəxs Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən “Bazarstor”un içərisindəki terminaldan 200 (iki yüz) manat pul göndərmiş, lakin sonuncu müavinat düzəltməyərək dələduzluq etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək öz ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qənbərli Şəmistan Şahin oğluna sosial müavinat düzəltməsi üçün Şəxs 200 (iki yüz) manat və xx.xx.2022-ci il tarixdə Ağabəyov Seymur Tacətdin oğluna sosial müavinat düzəltməsi üçün 200 (iki yüz) manat pul almış, lakin müavinat düzəltməyərək dələduzluq etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qənbərli Şəmistan Şahin oğlu izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Qənbərli Şəmistan Şahin oğluna sosial müavinat düzəltməsi üçün Şəxs Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Araz” marketdən Million aparatı ilə 200 (iki yüz) manat pul göndərmiş, lakin sonuncu telefonu söndürərək dələduzluq etmişdir. Hal-hazırda Şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ağabəyov Seymur Tacətdin oğlu izahat verərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə sosial müavinat düzəltməsi üçün Şəxs Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən “Bazarstor”un içərisindəki terminaldan 200 (iki yüz) manat pul göndərmiş, lakin sonuncu müavinat düzəltməyərək dələduzluq etmişdir. Hal-hazırda Şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 10 və 16 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılmasının rədd edilmiş və faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materallarında olan zərərçəkmiş şəxs Qənbərli Şəmistan Şahin oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ona dəyən maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materallarında olan zərərçəkmiş şəxs Ağabəyov Seymur Tacətdin oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ona dəyən maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 18:30 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində azad edilmişdir. Şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngünləşdirilən hal kimi müəyyənləşdirildi. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyib, işdə olan materialları tədqiq edərək, Şəxs tərəfindən zərərçəkmiş şəxslər Qənbərli Şəmistan Şahin oğluna və Ağabəyov Seymur Tacətdin oğluna dəymiş zərərin ödənilməsini, onlarla barışdığını və əməlindən səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Şomal Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq ŞimalVəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar