Məhkəmə qərarları › İş №3(060)-1447/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1447/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1447/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X5 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin 17 may 2023cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəmdə 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin 17 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarını tamamilə əsassız və qanunazidd hesab edir. Belə ki, sözügedən qərar qəbul edilərkən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, müvafiq qanun normaları təhrif edilmiş şəkildə təqdim olunaraq əsassız şəkildə törətmədiyi əmələ görə cəzalandırılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ’’Neftqazavtomat EİM” MMC-nin işçisi X6 06 aprel 2023-cü il tarixli ərizə ilə müraciət edərək öz xahişi ilə işdən çıxmaq istədiyini bildirmişdir. Onun xahişi təmin edilərək əmək müqaviləsinə müvafiq əsasla xitam verilsə də, son haqqhesabın aparılması mümkün olmamışdır. Belə ki, həmin dövrdə müəssisənin maliyyə çətinlikləri ucbatından işçi heyətinə 2023-cü itin fevral-mart ayları üzrə əmək haqqı borcu mövcud olmuşdur. Bu səbəbdən müəssisənin maliyyə çətinlikləri ucbatından X6 ilə son haqqhesabın vaxtında aparılması mümkün olmamışdır. Lakin 13 aprel 2023-cü il tarixində müəssisəyə müəyyən miqdarda maliyyə vəsaiti daxil olan kimi işçilərin fevral ayının əmək halarının 50% ödənilmiş, o cümlədən X3 pul ödənilmişdir. 27 fevral 2023-cü il tarixdə isə K.Rüsdəmova fevral-mart aylarının əmək haqqı və son haqq-hesabı tam məbləğdə olmaqla 1022,57 (bir min iyirmi iki manat əlli yeddi qəpik) manat pul vəsaiti birdəfəlik ödənilmişdir. Nəzərə alınsa ki, ”Neftqazavtomat EİM” MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirilyinin tərkibinə daxil olmaqla özü-özünü maliyyələşdirən müəssisədir, müəssisənin obyektiv maliyyə çətinlikləri səbəbindən K.Rüsdəmova əmək müqaviləsi üzrə müəyyən edilmiş pul vəsaitinin bir neçə gün gecikmə ilə ödənilməsi, hesab edir ki, üzürlü səbəblərdən baş verdiyindən inzibati məsuliyyətin yaranmasına gətirib çıxarmamalıdır. Təəssüf ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəsmiləri qərar qəbul edərkən bütün bu halları lazımi və qanuni şəkildə dəyərləndirə bilməmiş, izahatlarını və dəlillərini əsassız şəkildə nəzərə almayaraq düzgün olmayan nəticəyə gəlmiş və qanunsuz şəkildə müəssisəni və rəhbərini inzibati məsuliyyətə cəlb etmişlər. Hesab edir ki, yuxarıda sadaladığı hallara əsasən inzibati araşdırma zamanı onun təqsiri qanunvericiliklə müəyyən olunmuş qaydada sübuta yetirilmədiyi halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi onu təqsirli bilərək səhvə yol vermişdir ki, bütün bu səhvlər sonda törətmədiyi inzibati xətaya görə cəzalandırılmağı haqqında qeyri-obyektiv qərarın çıxarılmasına səbəb olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəsmilərinin sadalanan hallara düzgün hüquqi qiymət verə bilməməsi səbəbindən çıxarılmış qərarı ədalətsiz hesab edərək həmin qərardan şikayət vermək qərarına gəlmişdir və hesab edir ki, inzibati xəta haqqında protokolun hər hansı hüquqi əsası olmadığından və inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmədiyindən, sözügedən qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, ’’Neftqazavtomat EİM” MMC-nin keçmiş işçisi X6 06 aprel 2023-cü il tarixdə işdən azad olunmuş, onun fevral ayının əmək haqqısının 50%-i, yəni 280 (iki yüz səksən) manatı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023cü il tarixdə isə K.Rusdamovun fevral, mart aylarının əmək haqqı və son haqq-hesabı tam olaraq ödənilmişdir. Buna baxmayaraq onun əmək haqqısı və son haqq-hesabı işdən azad olunduğu gün verilməli olan halda verilməmiş və bununla da qanunvericiliyin tələbləri pozulmuş, o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat inzibati cərimə olunmuşdur. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, işçinin əmək və məzuniyyət haqqlarını, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin keçmiş əməkdaşı X6 xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə işdən azad olunmuş, müəssisənin maliyyə çətinliyi olduğu üçün işçi heyyətinə xx.xx.2023-cü il tarixə 2023-cü ilin fevral-mart ayları üçün əmək haqqı borcu yaranmışdır. Müəssisənin vəsaiti olmadığı üçün işdən çıxanların son haqqhesabını vaxtında ödəyə bilməmişlər. xx.xx.2023-cü il tarixdə daxil olan vəsaitlə bütün işçi heyyətinin fevral ayına olan əmək haqqısının 50%-i ödənilmişdir, o cümlədən Rusdamov Kamrana 280 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixdə X4 fevral, mart aylarının əmək haqqı və son haqq-hesabı tam məbləğdə 1022,57 manat (fevral ə/h 50%-i 282,81 manat, mart ə/h 529,20 manat, aprel 5 iş günü 119,84 manat, kompensasiya 5 gün – 90,67 manat) ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, X4 xx.xx.2023-cü il tarixdə 1022 (bir min iyirmi iki) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə iş materiallarında olan X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanladığı məktubdan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsinin izahatından müəyyən olunur ki, ’’Neftqazavtomat EİM” MMC-nin keçmiş işçisi X6 06 aprel 2023-cü il tarixdə işdən azad olunmuş, onun fevral ayının əmək haqqısının 50%-i, yəni 280 (iki yüz səksən) manatı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə isə K.Rusdamovun fevral, mart aylarının əmək haqqı və son haqq-hesabı tam olaraq ödənilmişdir. Buna baxmayaraq onun əmək haqqısı və son haqq-hesabı işdən azad olunduğu gün verilməli olan halda verilməmiş və bununla da qanunvericiliyin tələbləri pozulmuş, o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat inzibati cərimə olunmuşdur. Bununla əlaqədar həmin qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar