Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1448/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP № ******* saylı, 03 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, hüquqi şəxs mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan Sumqayıt şəhər Təmizlik Departamenti vasitəsinin inzibati xətanın törədilməsi zamanı fiziki şəxs haqqında məlumatı 5 gün ərzində verməmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə olunmuş sənədlər İXM-nin 100, 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokolda göstərilməli olan halları müəyyən edən İXM-nin 100.1.4-cü maddəsinə əsasən protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Lakin, hazırkı protokolda inzibati xətanın mahiyyətinə dair hissədə hüquqi şəxsin mülkiyyətində olan hansı Sumqayıt şəhər Təmizlik Departamenti vasitəsinin, (markası, dövlət qeydiyyat nişanı) hansı inzibati xətanı (tarixi, yeri) törətməsi barədə məlumatın istənilməsi qeyd olunmamışdır. Bütün bunlar isə İXM-nin 100-cü maddəsinin göstərişlərinə ziddir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materialına yalnız poçt qəbzi əlavə edilmişdir ki, həmin qəbzdən də ümumiyyətlə hansı sorğunun göndərilməsi müəyyən edilmir. Belə ki, həmin poçt qəbzində sənədin kimə göndərilməsi (hüquqi şəxsin adı və yerləşdiyi yer) və kim tərəfindən qəbul edilməsi göstərilsə də, poçt qəbzinin üzərində olan ştrix-kod (SS746960785AZ) "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən "xxxx" MMC-nin ünvanına hər hansı sorğunun göndərilməsi və ya həmin sorğunun hüquqi şəxs tərəfindən rəsmi qaydada alınmasına dair məlumat yoxdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından "xxxx" MMC barəsində İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və İXM-nin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş 03 fevral 2022-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1448/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1448/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver