Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1449/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 iyun 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokoldan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində anası Samaya ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı Nümayəndə protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, anası Samaya Elyazovanın xx.xx.2023-cü il tarixdə guya yaşadıqları evdə onun anasını döyməsi barədə göstərdikləri tamamilə şər və böhtandır. Bu məzmundə anası dəfələrlə ondan şikayət edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, onların arasında mülk mübahisəsi vardır. Belə ki, anası və bacısı Vəfa onu yaşadığı evdən qeydiyyatdan çıxarmaq istəyirlər. O da onlara demişdir ki, qanunla ondan məhkəməyə şikayət etsinlər, məhkəmə onun evdən çıxması barədə qərar verərsə, qanunla boyun əyməyə hazırdır. Uzun müddətdir ki, anası və bacısı onu evə buraxmırlar. O evinə polisin köməkliyi ilə gəlmişdir. Həmin gün heç bir mübahisə və davaları olmamış, anasını vurmamışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirdi ki, oğlu psixiatrik kabinetdə uçotda olub, amma orada yatmayıb. Vərəmlə bağlı oğlunun əlilliyi olmuşdur. Hər gün saat 6-da evə gəlir, saat 6-dan 2-yə kimi danışır. Hər gün onun iş yerinə gələrək onunla dalaşır. O ümumiyyətlə oğlu ilə yaşamağa qorxur. Onlar arasında barışıq yoxdur. Buna görə də ona ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə işin hallarını, Şəxsnın davranışını, özünü aparmasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxsnın törətdiyi inzibati xəta ilə bağlı araşdırma aparılarkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, onun müdafiəçiyə ehtiyacı olub-olmaması ilə bağlı hərəkətlər edilməmiş, material üzrə sübutlar toplanmamış, işin halları araşdırılmamış, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətin onun göstərdiyi şəraitdə və vəziyyətdə yetirilməsinin mümkün olub-olmaması yoxlanılmamış, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin psixi durumu, anlaqlı olub-olmaması, onun psixi kabinetdə qeydiyyatda olub-olmaması aydınlaşdırılmamışdır, protokol natamam tərtib olunmuşdur. Daxil olmuş materiallar natamamdır, işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 02 iyun 2023-cü il tarixli, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1449/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1449/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver