Məhkəmə qərarları › İş №3(060)-1449/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1449/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1449/2024 04.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X1 işin qanuna uyğun həll olumasında köməklik göstərilməsi barədə şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək işin qanuna uyğun həll olumasında ona köməklik göstərilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt regonal idarəsi yaşadığı ünvana bildiriş göndərərək onu 05.06.24 tarixdə həmin idarəyə gəlməyini və haqqında yazılmış MN №1901025 nömrəli protokola baxılmasında iştrak etməyini bildirmişdir. Protokolun nə vaxt harada və kim tərəfindən yazıldığından xəbəri olmayıb. Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan bildiriş xx.xx.2024 cü il tarixdə yaşadığ ünvava təqdim olunub (məktubun üzərindəki möhür bunu təsdiq edir). Məktubu alan günü, yəni xx.xx.2024 tarixində o, yuxarıda adı çəkilən idarəyə getmiş və ona bildirmişlər ki, səhər gələrsən artıq iş gününün sonudur. Növbəti gün sənədləri toplayıb yenidən həmin idarəyə müraciət etmişdir .Sənədlərini qəbul edib bildirmişlər ki, gözlə sizin telefona mesaj gələcək onda gələrsiz. xx.xx.2024 tarixdə mesaj gəlmişdir (buraxlış kartı verilməsi lə əlaqədar) və həmin göstərilən tarixdə buraxılış kartı ona təqdim olunmuşdur. Amma buna baxmayaraq, yenidən xx.xx.2024 tarixdə yuxarıda göstərilən yaşadığı ünvana xx.xx.2024 tarixdə yenidən məktub gəlmişdir ki, siz xx.xx.2024 cü il tarixdə İXM -nin 324.4 maddəsilə 50 azn məbləğində cərimə olunmuşunuz, hansı ki həmin tarixdə, yəni xx.xx.2024 cü il tarixdə ona buraxılış kartı təqdim olunub. Bu işin qanuna uyğun həll olunmasında ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində qərarından şikayət verilən orqan, barəsində şikayət verilən qərarın nömrəsi və tarixi qeyd olunmamış, həmçinin şikayət ərizəsinin “xahiş edirəm” hissəsi qeyri-müəyyən olmaqla məhkəmə tərəfindən baxılması nəzərdə tutulan hissə aydın şəkildə qeyd olunmamışdır. Başqa sözlə şəxs hansı tarixli qərardan şikayət verdiyini və hansı nəticə gözlədiyini qeyd etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 işin qanuna uyğun həll olumasında köməklik göstərilməsi barədə şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar