Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-145/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, “xxxx” MMC-nin direktoru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin müfəttişi E.Qasımov tərəfindən “xxxx” MMC barəsində 08 dekabr 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “xxxx” MMC mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin rəsmisi tərəfindən “xxxx” MMC barəsində tərtib olunmuş 08 dekabr 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 21.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 04.12.2021-ci il tarixli qərarı ilə (hakim P.Hacıyev) “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə olunmuşdur. “xxxx” MMC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 04.12.2021-ci il tarixli qərarından verilmiş şikayətə baxılaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 26.02.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04.12.2021-ci il tarixli qərarı ləğv edilərək işə təkrarən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxılması 04.05.2021-ci ilə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04.05.2021-ci il tarixli məhkəmə iclasında “xxxx” MMC-nin direktoru X2 izahatında bildirdi ki, avtomobili idarə etmiş şəxs barəsində məlumatın istənilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin məktubunu almamışlar, onların Abbasova soyadlı işçisi yoxdur. Sonradan məlumat aldıqdan sonra 04.12.2020-ci il tarixli 07 saylı məktubla avtomobili idarə etmiş şəxs barəsində məlumatı Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə vermişlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 26.02.2021-ci il tarixli qərarını Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi alsa da həmin qərarda göstərilən hallara dair sübutları Sumqayıt Şəhər Məhkəməsinə təqdim etməmiş, həmçinin nümayəndəsinin də məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarında olan 08.12.2020-ci il tarixli AP№0192106 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-yə məxsus “KİA” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də “xxxx” MMC tərəfindən Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nə məlumat verilməmişdir. Göründüyü kimi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair dair protokol tərtib edilsə də, həmin protokolun əsaslarına dair tutarlı sübutlar materiallara əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsindəki 08 dekabr 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış icraata inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsindəki 08 dekabr 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış icraata inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-145/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-145/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver