Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1450/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə 02 iyun 2023-cü il tarixli MN №li ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində günorta saatlarında mübahisə etdiyi üçün bölməyə gətirilmiş, izahat verdiyi zaman narkotik vasitə istifadə etdiyi bildirdiyi üçün Sumqayıt şəhəri RND-dən analizdən keçirilmiş və narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sahə rəisi X3 izahatında göstərdi ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində günorta saatlarında mübahisə etdiyi üçün bölməyə gətirilmiş, izahat verdiyi zaman Şəxs özü narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Daha sonra onun Sumqayıt RND-nə aparılmış müayinə olunaraq A/903 saylı, xx.xx.2022-ci il tarixli protokol ilə narkotik vasitə olan “marixuana” istifadə etməsi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixdə onun barəsində Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Fərhad Bayramov tərəfinfən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi ona həvalə edilmişdir. Tərəfindən Şəxs dəfələrlə bölməyə dəvət edilsə də o, rayonda olduğunu bildirərək çağrışına gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs yeri müəyyən edilmədiyindən icraat dayandırılmış və xx.xx.2023-cü il tarixdə Şəxs barəsində dayandırılmış inzibati xəta haqqında icraat təzələnərək baxılması üçün məhkəməyə gətirilmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində günorta saatlarında mübahisə etdiyi üçün bölməyə gətirilmiş, izahat verdiyi zaman o özü narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Daha sonra o, Sumqayıt RND-nə aparılmış və yoxlama zamanı müayinə olunmuşdur ki, “marixuana” istifadə etməsi aşkar olunmuşdur. Lakin o, uzun müddətdir ki, narkotik vasitə istifadə etmir. O xx.xx.2023-cü il tarixdə narkoloji tibbi yoxlamadan keçirilmiş və bildirilmişdir ki o, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırda törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materialına əlavə olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/903 №li xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il tarixdə, saat 02:50-də) marixuana və amptamin qəbulu etməsi aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında icratın dayandırılması haqqında qərardan görünür ki, barəsində İXM-nin 206-cı maddəsi ilə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında icraat İXM-nin 104.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında dayandırlmış icraat təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxs Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2615 saylı rəyində göstərilmişdir ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materialınd olan 24.06.202-ci il tarixli X4 izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşmış, üzərində narkotik vasitə olması barədə məlumat daxil olmasını bildirilmişlər, lakin o, üzərində hər hansı bir narkotik maddənin olmadığını, lakin ara bir marixuana qəbul etməsini bildirmişdir. Polis əməkdaşları onu narkotik maddə istifadə edib-etmədiyini yoxlamaq üçün Sumqayıt şəhəri, RND aparmışlar, müayinədən keçən zaman sidiyindən “marixuana” qəbul etməsi aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1450/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1450/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver