Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1454/2024 15.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Xanlar Sətullayev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, İXM-nin 327.2-ci maddəsində göstərilən tələbləri pozduğunu xatırlamır, çünki hər zaman yol-hərəkət qaydalarına ilk növbədə öz sağlamlığını qorumaq üçün əməl etməyə çalışmışdır. Lakin bu qayda pozuntusu barədə görüntülər elektron kabinetə yerləşdirilməmiş və hesab edir ki, Sumqayıt ŞPİ DYPŞ tərəfindən qanunun tələbi pozulmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə ona özünü Sumqayıt DYP-nin əməkdaşı kimi təqdim edən Salman Rzayev adlı şəxs ona zəng etmiş, ona qayda pozduğunu bildirmiş, onu qayda pozuntusu ilə bağlı qanunsuz olaraq idarəyə çağırmışdır. (İXM 121-ci maddə). Ona bu məsələ maraqlı olduğundan DYPŞ-nə getmiş, ona yan hissədən fotoşəkili çəkilmiş ağ rəngli avtomobilin görüntüsü göstərilmiş, bu işin həlli üçün ona kömək edə biləcəkləri deyilmişdir. Lakin o, köməyin nə olacağını heç soruşmadan əgər hər hansı qayda pozuntusu varsa görüntülərlə birlikdə elektron kabinetə yükləmələrini tələb edib idarəni tərk etmişdir. Lakin bu günə qədər də həmin görüntülər Asanpay elektron kabinetinə yüklənməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, DYPŞ-nin inzibati binasında olarkən inzibati xətanı pozması barədə görüntünü tələb etmiş, lakin ona heç bir görüntü təqdim edilməmişdir. Şöbəni tərk etdikdən təxminən 15 dəqiqə sonra ona Asanpay vasitəsi ilə cərimə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt ŞPİ DYPŞ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Xanlar Sətullayevun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşları tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, sübutlar toplanmamışdır. Qərarı qəbul etmiş şəxs bununla bağlı tam araşdırma aparmadan, heç bir başqa sübut olmadan qərar qəbul etmişdir. İXM-nin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan sənədlər vasitəsi ilə inzibati xəta hadisəsinin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı qərardan şikayət verən şəxs hadisədən sonra DYP-ə çağrıldığını, orada hadisənin baş verməsi ilə bağlı görüntüləri tələb etsə də, təqdim edilmədiyini bildirmişdir. Halbuki İXM-nin 122.1-ci maddəsinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 121-ci maddəsinə görə Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən inzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Həmin halların araşdırılması ilə bağlı Sumqayıt ŞPİ DYPŞ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri də məhz bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar qismində eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, (maddə 135.1.1) o cümlədən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (maddə 135.1.6.) halları göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilərək Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 124.2, 124.3 və 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəm qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1454/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1454/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver