Məhkəmə qərarları › İş №3(060)-1457/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1457/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1457/2023 05.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər–Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisləri Cəlil Qəhrəmanovun, Yusif Həsənovun Zərərçəkmiş şəxslər X1, X8, X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı vəkil Burosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Kürdəmir ray., doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisində X2 məxsus evdən 30 metr uzunluğunda elektrik naqilini, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Bəy hamamının yaxınlığında olan fərdi evdən 01 ədəd 7 litlrik samovarı, xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li protokola əsasən o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisində X7 məxsus evdən 1 ədəd “LG” markalı televizor oğurlamış və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1458/2023 və 3(060)-1459/2023 №-li işlər bir icraatda 3(060)-1457/2023 nömrə ilə birləşdirilməsi, 3(060)-1458/2023, 3(060)-1459/2023 №-li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Protokolları tərtib etmiş şəxslər Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisləri Cəlil Qəhrəmanov və Yusif Həsənov tərtib edilən protokollara uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə alüdəçisidir və heç bir yerdə işləmədiyi üçün oğurluq yolu ilə pul əldə edir. Buna görə də dəfələrlə qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirdiyi üçün və oğurluqlar etdiyi üçün məhkum olunmuşdur. Sonuncu dəfə 2020-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə məhkum olunmuş və 26 noyabr 2022-ci ildə cəzası bitdiyi üçün həbsdən azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra Sumqayıt şəhəri 1-ci mikrorayonda anasının yanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə pul əldə etmək üçün yaşadığı evdən çıxaraq Sumqayıt şəhəri, Yaşıldərə bağlarına getmişdir. Həmin ərazidə oğurluq etmək üçün sahibsiz ev axtarmışdır. Təxminən saat 06:45 radələrində Yaşıldərə bağları ərazisində yeni tikilmiş bir mərtəbəli fərdi yaşayış evində yaşayış olmadığını görüb, hasardan həmin həyətə keçmiş, evin otaqlarının birində olan 1 ədəd “LG” markalı televizoru oğurlayıb, hadisə yerindən uzaqlaşmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində hərəkətdə olarkən heç kimin yaşamadığı ev görmüş, həyətə daxil olmuş, bir ədəd samovarı oğurlayaraq oradan uzaqlaşmışdır. Oğurladığı samovarı əvvəlcədən tanımadığı səyyar dəmir satışı həyata keçirən şəxsə 31 manata satmışdır. O, 02 iyun 2023-cü il tarixdə, saat 01:00 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində piyada gedərkən darvazasında qıfıl olan ev görmüş və hasardan aşma yolu ilə içəriyə daxil olmuş, həyətdə xırda kabelləri oğurlamışdır. O, hamam otağına keçmiş və orada təxminən 30 metr uzunluğunda elektrik naqili olduğunu görüb, həmin naqili götürərək evdən çıxıb getmişdir. Oğurluq etdiyi evdən biraz uzaqlaşdıqdan sonra oğurladığı elektrik naqilini boş sahədə yandıraraq içərisində olan misi götürmüşdür. Təxminən bir neçə saat sonra Yaşıldərə bağları ərazisində küçədən keçən tanımadığı dövlət nömrə nişanlarını xatırlamadığı, ağ rəngli «QAZ-24» markalı avtomobili ilə səyyar metal qəbulu edən şəxsə həmin misi satmışdır. Həmin şəxs misi tərəzisində çəkərək 3 kiloqram olduğunu bilmiş və bir kiloqramını 9 manat 50 qəpikdən hesablayaraq ona 28 manat 50 qəpik pul verərək həmin misi ondan almışdır. Həmin oğurluqdan əldə etdiyi 28 manat 50 qəpik pulu isə özü üçün xərcləmişdir. Oğurladığı kabelləri Sumqayıt şəhəri, Şərq Bazarı adlanan ərazidə olan marketlərdən birinə 33 manata satmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Əgər cərimə olunarsa onu ödəməyə imkanı yoxdur, ona görə də inzibati həbs növündə tənbeh edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində ona məxsus Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisində yerləşən evdən 30 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Hazırda şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Bəy hamamının yaxınlığında olan ona məxsus fərdi evdən 01 ədəd 7 litlrik samovar oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs şikayətçi olmasa da, bir daha eyni əməlləri təkrar etməməsi üçün onun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində ona məxsus fərdi evdən 1 ədəd “LG” markalı televizoru oğurlanmışdır. Şəxs şikayətçi olmasa da, bir daha eyni əməlləri təkrar edə bilməməsi üçün onun cəzalandırılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə hər üç epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00-da tutulmuş, xx.xx.2023cü il tarixdə, saat 15:00-da azad edilmişdir. İş materiallarında olan “Aytac İnşaat” pərakəndə və topdan satış mağazasının müdiri Sakit Şirinov tərəfindən imzalanmış arayışlardan görünür ki, 30 metr uzunluğunda 4 MM-lik elektrik naqilinin hazır ki, bazar qiyməti 1 metr üçün 1 manat ümumilikdə 30 manat, 1 ədəd 7 litrlik odun samovarının hazırkı qiyməti 80 manat, 1 ədəd “LG” markalı 2005-ci ilin işlənməyən televizorun qiyməti 40-60 manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi üç inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər Şəhər 1 Saylı vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, hər bir inzibati xətaya görə ayrılıqda 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 02 (iki) ay 02 (iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin Həbsdə saxlama müddətinin əvvəli 05 iyun 2023-cü il, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar