Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1457/2025 23.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X3, Məhkəmə iclas katibi: X12, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru: X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs: X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Laçın rayonu, Malxələf kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X4 tərəfindən 17 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-599/2023 saylı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4029/2023 saylı, 2(060)- 3793/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(060)-4580/2024 saylı, xx.xx.2024-cü il tarixli, 8İ- 17093 saylı, 8İ-17091 saylı icra sənədləri üzrə icra məmurunun üzrlü səbəb olmadan qanuni tələblərini yerinə yetirməmişdir. Bundan başqa Şəxs barəsində 17 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün keçməsinə baxmayaraq üzrlü səbəb olmadan icra etməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokollar Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4029/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 1840 manat pul vəsaiti tutulub X1 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-599/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 29822,05 manat və 116 manat dövlət rüsumu tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4580/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 5070 manat tutulub tələbkar X2 xeyrinə ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3793/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 4660 manat tutulub tələbkar X5 xeyrinə ödənilməlidir. Eyni zamanda Sumqayıt şəhər 4 saylı notariat kontorunun 8İ-17091 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs 1531,98 manat pul və 25 manat dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin 8İ-17093 saylı, xx.xx.2024-cü il tarixli digər notariusun icra qeydinə əsasən Şəxs 1756,96 manat pul və 25 manat dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 584/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmiş və məhkəmə qərarının qüvvəyə mindiyi vaxtdan 25 gün müddətində üzərində olan 1000 manat cəriməni dövlət büdcəsinin xeyrinə ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Borclu Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan icra sənədləri üzrə tələbkarlara borcu ödəmədiyi və eyni zamanda icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Ümumilikdə borc 46000 manata yaxın təşkil edir. Borclunun barəsində dəfələrlə inzibati protokol tərtib olunmuşdur və barəsində olan heç bir məhkəmə qərarları üzrə ödəniş etməmişdir. 2024-cü ilin noyabr ayında xanımla hər ay 500 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər, noyabr və dekabr ayları ödəniş olunmuş, ondan sonra yenə ödəniş etməmişdir. Borclu idarəyə dəvət olunan zaman bəhanələr edərək gəlmədiyi üçün hər dəfə barəsində axtarış elan edir. Borclunun hər dəfə məhkəmə tərəfindən cərimə olunması nəticə vermir. Buna görə də borclu barəsində daha ağır cəza, yəni inzibati həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, onun da ağır cinayətlər məhkəməsində zərərçəkmiş şəxs kimi işi vardır və orada pul tələbi irəli sürmüşdür. Həmin işin nəticəsini gözləmirlər, icra məmuru ona zəng etmədən barəsində axtarış verir və polis idarəsindən ona zəng olunan kimi gəlir. Ümumilikdə Cəmalə xanıma 1200 manat, Aynur xanıma da 600 manat pul ödəmişdir. Qalan ödənişi də ağır cinayətlər məhkəməsində işi bitdikdən sonra ödəyəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Müdafiəçi Vəkil ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, borclu hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəmir. Məhkəmədən borclunun həbs edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, borclu hər dəfə onları aldadır, ödəniş etmir. Məhkəmədən borclunun həbs edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X6, X7 və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş şəxsləri, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-599/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cavabdeh Şəxs cəmi 29822,5 (iyirmi doqquz min səkkiz yüz iyirmi iki manat əlli qəpik) manat iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Mütəxəssisə ödənilməli olan 150 manatın 75 (yetmiş beş) manatı cavabdeh Şəxs, 75 (yetmiş beş) manat iddiaçı Zərərçəkmiş şəxs tutularaq, Əmlak Ekspert Mərkəzinin hesabına keçirilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 116 (yüz on altı) manatı cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4029/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1840 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3793/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4600 manat məbləğində pul vəsaiti və 60 dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4580/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 5070 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər 4 Saylı Notariat Kontorunin 8İ-17093 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 1781,96 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər 4 Saylı Notariat Kontorunin 8İ-17091 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1556,98 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə ödənilməlidir. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2427/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarlarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 8(0600-278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-904/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı övladları vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsləri, müdafiəçini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-1-ci maddəsindən görünür ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, icra sənədləri üzrə borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Belə ki, borclu bu günə qədər icra vərəqələri üzrə qismən ödəniş etmiş, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq il ərzində təkrarən icra sənədinin icra edilməsindən boyun qaçırmış, eyni zamanda barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşaqlarının olması onun məsuiyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, Məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmiş, onun hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ödəmə qabiliyyətini, himayəsində 2 övladının olmasını, təqsirinin dərəcəsi nəzərə alır və hesab edir ki, ona sanksiyası daha ağır hesab edilən İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə ona ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi qanunun tələbinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilə bilməz. Borclunun himayəsində iki azyaşlı övladı olduğundan onun barəsində alternativ tənbeh tədbiri, yəni ictimai işlər tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə uyğun olaraq ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1457/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1457/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver