Məhkəmə qərarları › İş №3(060)-1458/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1458/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1458/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru Eldar İbrahimovun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1973-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayon Saray qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2025-ci il tarixdə saat 11:53-də, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38b/44, mənzil 32-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs və onun ailəsinin ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq əməli törətmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs 4-cü PB-nin sahə rəisi, polis mayoru Eldar İbrahimov tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzbati xətanı etiraf edərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs oğlu Aydın Rəhimli ilə qızı Fidan Rəhimli ailə həyatı qurmuş, lakin son zamanlar yaranan ailə daxili söz-söhbətlərə görə ayrılmaları barədə qərar vermişlər. Qeyd edir ki, xx.xx.2025ci il tarixdə səhər saat 5 radələrində Aydın içkili vəziyyətdə gələrək qızının əlindən mobil telefonunu alaraq özünü də evdən çölə atmışdır. Həmin gün qızını tapa bilmədiyi üçün narahat olmuş, Aydının etdiyi hərəkətlərdən xəbər tutaraq əsəb keçrimiş, bundan sonra bu məsələyə aydınlıq gətirmək üçün sonuncunun anasının yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs ilə yaşadı mənzilin qarşısında qarşılaşmış, qızının harada olmasını ondan soruşmuşdur. Həmin vaxt əsəbi olduğundan nalayiq ifadələr işlətməsini istisna etmədiyini bildirir. Həmin zaman kənarda insanların olduğunu müşahidə etməmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında bildirmişdir ki, Şəxs onun oğlu Aydın Rəhimovun arvadının atasıdır. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə Şəxs onun yaşadığı ünvana gələrək nalayiq ifadələrlə onu təhqir etmiş, həmin vaxt Şəxs səs küyünə qonşuları belə narahat olmuşdur. Bundan başqa bildirir ki, Şəxs onun istifadəsində olan mobil nömrəyə də zəng edərək onu təhqir etmişdir. Həyat yoldaşı şəhiddir. Özü müəllimə işləyir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs 4-cü PB-nə ərizə ilə müraciət edərək baş vermiş hadisə ilə bağlı tədbir görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “Raport”-la baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin 4-cü PB-nin məsul növbətçisi, polis leytenantı C.Rəhimli 4-cü PB-nin rəisi polis polkovnikleytenantı Kamran Hümbətova müraciət etmişdir. Məhkəmə iclasında 01 ədəd DVD diskdə olan səs yazısı dinlənilərkən Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətdiyi müəyyən edilmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhkəmə protokol tərtib etmiş sahə rəisini, barəsində protokol tərtib edilmiş şəxsi və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun məsuliyyətini istisna edən hər hansı hal məhkəmə iclasında müəyyn edilməmişdir. Odur ki, o həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:53 radələrindəv Zərərçəkmiş şəxs ev ünvanına gələrək sonucunu və onun ailəsi barədə nalayiq ifadələr işlətməklə hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən işin hallarını, əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün yetərlidir, bu səbəbdən təqsirli bilindiyi maddənin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar