Məhkəmə qərarları › İş №3(060)-146/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-146/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-146/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Təbriz küçəsi, ev 24 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında 09.12.2021-ci il tarixli, AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 09.12.2021-ci il tarixdə saat 13:20 radələrində Sumqayıt şəhəri, Korğolu küçəsi ərazisində “BMW” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı hərəkətləri şübhə doğurduğu üçün həkim müayinəsinə aparılmış, lakin Şəxs həkim yoxlamasından imtina etmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, 09.12.2021-ci il tarixdə saat 13:20 radələrində Sumqayıt şəhəri, Korğolu küçəsi ərazisində “BMW” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polisi tərəfindən saxlanılmış, o, narkotik vasitə və spirtli içki qəbul etməsə də YPX əməkdaşları onu həkim müayinəsinə dəvət etmişlər. O buna etiraz etməmişdir. Lakin həkim müayinəsi zamanı 2 dəfə analiz verməsinə baxmayaraq, həkim analiz nümunəsinə oxşamadığını, rənginin ağ olduğunu bildirərək yoxlamamış, halbuki 2-ci analiz nümunəsi verərkən, YPX əməkdaşı yanında olmuş, analiz nümunəsinin rənginə gəldikdə isə müalicə üçün dərmanlar qəbul etdiyindən, sidyinin rənginin fərqli olduğunu düşünür. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmyaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarına əlavə olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 09 dekabr 2021-ci il tarixli 11043 saylı aktdan görünür ki, 09.12.2021-ci il tarixdə saat Şəxs həkim müayinəsindən imtina etmişdir. Şəxs həmin aktda 2 dəfə analiz verdiyini, lakin anazliz nümunəsinin sidik olmadığı üçün yenidən analiz istədiyindən verə bilməmişdir. İş materiallarında olan Şəxs Sumqayıt ŞPİ DYŞP-də verdiyi izahatından görünür ki, YPX əməkdaşları tərəfindən Sumqayıt şəhəri, K.Axundov küçəsi ərazisində idarə etdiyi “BMW” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlamışlar, narkotik sərxoşluğu ilə bağlı onlarda şübhə yaranmış və onu Narkoloji Mərkəzə analiz vürmək üçün dəvət etmişlər, o, təklifə razılaşaraq Mərkəzə getmiş, lakin orada ondan iki dəfə sidik götürülməsinə baxmayaraq, yenidən analiz verməsi istənildiyi üçün analiz verə bilməmişdir. Məhkəmə iş materiallarının araşdıraraq ilk növbədə qeyd edir ki, Sumqayıt ŞPİ DYŞP-nini əməkdaşları Şəxs idarə etdiyi avtomobili saxlayaraq onu tibbi müayiniyə göndərilməsi və orada vətəndaşın tibbi müayinədən keçməkdən imtina etməsinin rəsmiləşdirilməsi cəmi 1 saat ərzində olmuşdur. Özlüyündə bu zaman kəsiyi pozuntu olmasa da, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 09 dekabr 2021-ci il tarixli 11043 saylı aktında Şəxs tərəfindən iki dəfə sidik götürülməsinə baxmayaraq, yenidən analiz verməsi istənildiyi üçün analiz verə bilməməsinə dair edilmiş qeydən sonra şəxsin özü və protokolun tərtib edən şəxs imzalamışdır. Lakin iş materiallarında həmin qeydin düzgün olub-olmamasına dair hər hansı əsaslandırılma aparılmamış, Şəxs sərxoşluq muayinəsindən qəsdən yayınmasına əsaslı şübhələr yaratmışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxs sərxoşluq muayinəsindən qəsdən yayınmadığı, həmin zaman kəsiyində vətəndaşın yenidən analiz verməyə fiziki imkanın olmadığı və ona vaxt verilmədiyi qənaətinə gəlir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsinin 3-cü bəndinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşı xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, özündə saxlamaq; 6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.1-ci maddsəinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar