Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-146/2023 13.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X13 tərəfindən Şəxs barəsində 13 yanvar 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6382/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 260 (iki yüz altmış) manat aliment X3 verilməli olsa da, borclu üzürsüz səbəbdən icra sənədini icra etməmiş, çağırışlara gəlməmiş və 12480 (on ik min dörd yüz səksən) manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X13 izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6382/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11103/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment məbləği dəyişdirilməklə xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 18 yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Borclu Sumqayıt ŞPİ-nin ünvanında qeydiyyatda olduğuna görə bildiriş göndərilməsi mümkün olmamış, mobil telefon vasitəsilə qohumları ilə əlaqə saxlanılmış, lakin buna baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməmiş, aliment məbləğindən heç bir ödəniş etməmiş və nəticədə 12480 (on ik min dörd yüz səksən) manat aliment borcu yaranmışdır. Borclu Şəxs barəsində axtarış verilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6382/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11103/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment məbləği dəyişdirilməklə xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 18 yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Əvvəllər aliment ödədiyini, 700-800 manat məbləğində aliment ödədiyi barədə qəbzlərinin olduğunu, bir neçə qəbzləri itirdiyini və dəfələrlə tələbkara pul verdiyini bildirmişdir. Hal-hazırda ödəniş etməyə imkanı yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bidirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6382/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11103/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment məbləği dəyişdirilməklə xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 18 yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq heç bir ödəniş etməmiş və nəticədə 12480 (on ik min dörd yüz səksən) manat aliment borcu yaranmışdır. Aliment borcunun tam ödənilməsini tələb etdiyini nəzərə alaraq borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə 12480 (on ik min dörd yüz səksən) manat məbləğində alimentin borcunun ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 13 yanvar 2023-cü il, saat 12:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Bürosunun vəkili X10 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-146/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-146/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver