Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1462/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də növbə rəisi işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 017 U saylı əmrinə əsasən Əməyin Mühafizəsi, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi üzrə cavabdeh şəxs növbə rəisi Şəxs tərəfindən növbə rəisinin vəzifə təlimatının Əmək funksiyası böıməsinin 7-ci abzasının tələbinin pozulması nəticəsində xx.xx.2022-ci il tarixdə operator köməkçisi X1 az ağır zərərvurma xəsarəti almışdır. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 bildirdi ki, "xxxx" MMC-nin operator köməkçisi X4 xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin təhqiqatı komissiyanın sədri kimi onun və komissiyanın digər üzvləri tərəfindən aparılmışdır. Təhqiqat zamanı baş vermiş bədbəxt hadisədə sahə rəisi Şəxs nəzarətsizliyi müəyyən olunmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, "xxxx" MMC-nin X2 operator köməkçisi vəzifəsində çalışan X5 xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Hadisə baş verdiyi andan xəsarət alan şəxsə tibbi yardımın göstərilməsi üçün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılmışdır. Baş vermiş bədbəxt hadisə aidiyyəti üzrə Sumqayıt Şəhər Prokurorluğunda araşdırılmış və toplanmış materiallar üzrə cinayət işinin və inzibati icraatın başlanmasının rədd edilməsi barədə 779C-22 saylı, 19 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 1976 saylı rəyinə əsasən 1994-cü il təvəllüdlü X6 bədəni üzərində aşkar edilmiş xəsarətin dərəcəsi sağlamlığa az ağır zərərvurmaya aid olmasına baxmayaraq, qeyd etmək lazımdır ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydalar pozulmamışdır, əksinə 24 noyabr 2021-ci il tarixdə "xxxx" MMC-nin idarə heyətinin sədri tərəfindən təsdiq edilmiş və Mehrac Əsdənov tərəfindən imzalanmış operator köməkçisinin vəzifə təlimatının 6-cı bəndində göstərilmiş, işçi texnoloji və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət etməlidir müddəası onun özü tərəfindən pozulmuşdur. Beləliklə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydaları X6 özü tərəfindən pozulmuşdur. Belə olduğu halda X6 iş yerində xəsarət alması nəticələnən hadisədə inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati icraatın başlanması rədd edilməlidir. Göründüyü kimi, baş vermiş hadisədə "xxxx" MMC-nin hər hansı vəzifəli şəxsinin inzibati məsuliyyətinin olmaması Sumqayıt Şəhər Prokurorluğunun 779C-22 saylı 19 yanvar 2023-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Hadisə baş vermiş ərazi kifayət qədər böyük ərazi olmuş, hər dəzgahın arxasında işçi olmuş və gecə növbəsində 15 nəfərə yaxın işçi işləmişdir. Bu izahatlarla və təhqiqat materialları ilə öz təsdiqini tapmışdır. Hər bir işçi, həmçinin X9 da işə başlamazdan əvvəl təlimatlandırılmış və bununla əlaqədar jurnala da imza etmişdir. Həmçinin dəzgahın üzərində də fırlanan hərəkət hissələrinə və mexanizmlərə toxunmaq qadağandır yazılmış lövhələr yerləşdirilmişdir. Lakin buna baxmayaraq X9 özü səhlənkarlıq edərək dəzgahın fırlanan hərəkət hissələrinə və mexanizmlərə əl vurmuş və nəticədə onun səhlənkarlığı ucbatından bədbəxt hadisə baş vermişdir. X9 təhqiqat zamanı vermiş izahatında da bu xüsusatları təsdiq etmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti bitmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat rədd edilir. Göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisənin tarixindən beş aydan çox vaxt keçmişdir. Əlavə olaraq Sumqayıt Şəhər Prokurorluğunun 779C-22 saylı, 19 yanvar 2023-cü il tarixli qərarından dörd aydan artıq vaxt keçmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş maddələrinə əsasən, həmin hadisə ilə bağlı "xxxx" MMC-nin hər hansı vəzifəli şəxsi barəsində inzibati tənbeh etmə qərarı qəbul edilə bilməz. Daha əvvəl "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron Xızı regional şöbəsinə №211/23 saylı, 02 iyun 2023-cü tarixli məktubla müraciət edilərək inzibati xəta üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Lakin buna baxmayaraq "xxxx" MMC-nin X2 növbə rəisi vəzifəsində işləyən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Şəxs barəsində tərtib olunmuş protokol üzrə inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs da müdafiəçisinin göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə olunmuş 3-17-5/3-2-27/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən "xxxx" MMC-nin işçisi X6 xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədi ilə komissiya yaradılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin operator köməkçisi X6 xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən "xxxx" MMCnin operator köməkçisi X6 cavabdehliyini, 4.2-ci bəndinə əsasən "xxxx" MMC-nin növbə rəisi Şəxs nəzarətsizliyini müəyyən etmişdir. İş matriallarında olan "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş növbə rəisinin vəzifə təlimatından görünür ki, işçilər tərəfindən texnoloji və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət olunmasına nəzarət olunması növbə rəisinin əmək funksiyasına daxildir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 017 U saylı əmrinin surətindən görünür ki, novbə rəisi Əməyin Mühafizəsi, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi üzrə cavabdeh şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış materiada cinayət hadisəsi və inzibati xəta olmadığından 779C-22 saylı material üzrə cinayət işinin və inzibati icraatın başlanılması rədd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron Xızı regional şöbəsinə ünvanlandırılan №211/23 saylı, 02 iyun 2023-cü tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru Vüqar İzzətli Sumqayıt şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını və inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsi kimi əsasları rəhbər tutaraq xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsinin və inzibati xəta törətmiş şəxsin izahatlarını, vəkilin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin operator köməkçisi X6 xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4.2-ci bəndinə əsasən "xxxx" MMC-nin növbə rəisi Şəxs nəzarətsizliyi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməli və ona həmin maddənin sansiyasında olan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1462/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1462/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver