Məhkəmə qərarları › İş №3(060)-1462/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1462/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1462/2025 22.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ26924022 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək EQ26924022 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ26924022 nömrəli protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinə dair xx.xx.2025-ci il tarixli 600 manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın tətbiq olunmasına səbəb kimi onun tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 18:35-də M-1 avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisinə düşən 44.6-cı kilometrində Quba istiqamətində xüsusi təyinatlı MAN markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə avtomobil yollarına idarə edilməsi qeyd edilmişdir. Qərarla razı deyildir və bu barədə aidiyyəti qurumlara məlumat vermişdir. Ona görə qərardan razı deyildir ki, qərarın qəbul edilməsinə səbəb inzibati xətanın aşkar edildiyi yerdə quraşdırılmış elektron tərəzinin idarə etdiyi avtomobilinin çəkisinin 34210 kq olmasını müəyyən etməsi olmuşdur (limit 32000 kq-dır). Məhz bu hissədə müvafiq protokolla razı deyildir, belə ki, müvafiq dövlət qurumunun elektron tərəzisinin göstərdiyi çəki ilə yükünü daşıdığı “Sumqayıt Dəmir Beton 12 ASC”-dən çıxan zaman oranın tərəzisində aparılmış çəki arasında ciddi fərq yaranmışdır. Belə ki, o idarə etdiyi yuxarıda qeyd olunan yük avtomobili ilə təyinat nöqtəsinə yola çıxmamışdan öncə xx.xx.2025-ci il tarixdə, saat 16:49:13-də yüklü vəziyyətdə avtomobilin çəkisi ölçülmüş və 31780 kq etmişdir. Qeyd olunan çəki təyinat nöqtəsində də qeydə alınmışdır. Yolda quraşdırılmış elektron tərəzidə isə 2430 kq fərq yaranmışdır ki, bu mümkün deyildir, belə ki, istər yükün götürüldüyü və istərsə də yükün boşaldıldığı qurumların ölçmə barədə müvafiq sənədləri vardır. Bundan başqa “Sumqayıt Dəmir Beton 12 ASC”-nin tərəzilərinin işlək vəziyyətdə olması, mütəmadi yoxlanmasına dair şəhadətnaməsi də mövcuddur. Bu barədə avtomobil yoluna elektron tərəzini quraşdırmış aidiyyəti quruma dəfələrlə məlumat versələr də hazırki vaxtadək heç bir nəticəsi yoxdur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat cərimə növündə inzibati tənbeh tədbiri görülməsinə dair xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icrata xitam verilməsi barəsində yeni qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X2 bildirmişdir ki, o, avtomobilə 32 tondan 1 ton da az yük yükləndiyini, daşıdığı məhsulun beton olduğunu, 1 kub betonun təxminən 2,2-2,3 ton olduğunu bildirmişdir. Hər dəfə eyni yolu getdiyini və eyni miqdarda yük daşıdığını, maşınının təxminən 10 kub yük tutduğunu bildirmiş, məhkəmədən şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən şikayət verən X1 vəkili Vəkil izahatında bildirmişdir ki, avtonəqliyyat vasitəsinə beton yükləndikdən sonra tərəzi vasitəsilə çəkilir və qeyd edilən tərəzi qəbzi komputerin yaddaşına verilərək çap edilmişdir. Həmin tərəzi mütəmadi olaraq ASC tərəfindən yoxlamadan keçirilir və şəhadətnaməsi də mövcuddur. Bundan başqa, betonun çatdırıldığı “POWER China” şirkəti ilə aparılmış mail yazışmalarında da xx.xx.2025-ci il tarixdə şirkətə 7 m3 C50 AİR Sulfatadavamlı beton qəbul edilməsi qeyd edilmişdir. V.Mahmudovun qazanc mənbəyi sürücülük olduğundan avtomobilin artıq yüklə yüklənməməsi sürücünün özünün, həmçinin müəssisənin marağındadır ki, qeyd edilən hal onun sürücülük hüququnun məhdudlaşmasına və ya həmçinin müəssisənin fəaliyyətinin ləngiməsinə səbəb olmasın. Bu səbədən də, qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini, inzibati xəta haqqında qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26924022 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26924022 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “MAN YÜK ” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü xx.xx.2025-ci il tarixdə, saat 18:35:09-da nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikasının İXM-in 353.2ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. Dəmir Beton 12 ASC-nin yük cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 17:37:55-də sürücü X1 **-AE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 16832, 2 kq yük qoyulmuşdur. "xxxx" MMC-nin K1084/1-2024 nömrəli Kalibrləmə Sertifikatından görünür ki, sifarişçi Sumqayıt Dəmir-Beton-12 MMC-yə məxsus kalibrlənən ölçmə vasitəsinin adı “Hidravlik pres”, tipi MC-1000, ölçmə həddi (0+1000) kN və Rusiya istehsalı olan ölçmə vasitəsi xx.xx.2024-cü il tarixdə kalibrlənmiş, növbəti kalibrlənmə tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. AD №921340 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-AE-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran maşının yüksüz kütləsi 14040 kq, yüklə birlikdə isə maksimal kütləsi 32000 kq-dır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi səbəbindən 600 manat məbləğində cərimə edilmişdir. O, qeyd edilən inzibati tənbeh vermə barədə qərarla razı olmadığını, inzibati xətanın qeydə alınması ilə bağlı çəkilmiş foto şəkildə yükün çəkisinin çox qeyd edildiyini bildirmiş və həmin fotoşəkli, tərəzi qəbzilərini və tərəzinin kalibrləmə sertifikatını şikayətə əlavə etmişdir. Məhkəmə qeyd edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (video görüntü və s.) təqdim edilməsi barədə Azərbaycan Respublikasının DİN BDYPİ-nə sorğu versə də, sorğuya cavab verilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və izahatları dinləyib qeyd edir ki, iş materiallarında olan Sumqayıt Dəmir-Beton-12 ASC-yə məxsus tərəzi qəbzində C-50 AİR Sulfatadavamlı betonun miqdarı 16832,2 kq və **-AE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, beton qarışdıran maşının yüksüz kütləsi 14040 kq, yüklə birlikdə isə maksimal kütləsi 32000 kq-dır. Lakin, DİN BDYPİ-nin kamerası vasitəsilə **-AE-*** dövlət qeydiyyat nişanlı MAN yük markalı avtomobilin xx.xx.2025-ci il tarixə saat 18:35:09 dəqiqədə qeydə alınmış fotoşəkildə avtomobilin yüklə birlikdə çəkisi 34210 kq (limit 32000 kq) qeyd edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş kalibrləmə sertifikatından görünür ki, Sumqayıt Dəmir-Beton-12 ASC-yə məxsus ölçmə vasitəsi xx.xx.2024-cü il tarixdə kalibrlənmiş və növbəti kalibrlənmə tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Məhkəmə **-AE-*** dövlət qeydiyyat nişanlı MAN yük markalı avtomobilin daşıdığı yüklə birlikdə çəkisinin DİN BDYPİ-nin kamerası vasitəsilə qeydə alınmış fotoşəkil və şikayət verən şəxsin təqdim etdiyi tərəzi qəbzləri arasında uyğunsuzluq olduğundan və avtomobilin qeydiyyat şəhadətnaməsində onun yüklə birlikdə maksimal kütləsinin 32000 olması qeyd edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən məsələnin aydınlaşdırılması istiqamətində heç bir addım atmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ26924022 nömrəli protokol əsasında xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və qərarda göstərilən xüsusatlar araşdırılması ilə əlaqədar iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ26924022 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ26924022 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXMnin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar