Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1463/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Məhyəddinov Orxan Qüddəsər oğlunun, barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: Məhyəddinov Orxan Qüddəsər oğlu Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti X3 Ramil Malıyev tərəfindən qəbu edilmiş 30 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 30 aprel 2024-cü il tarixli inzibati xəta haqqında qərarı ilə Məhyəddinov Orxan Qüddəsər oğlu Azəybaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, Orxan Məhyəddinovun şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Beu məzmunda vəsatət verilmədiyindən şikayətin vaxtında verilibverilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, Orxan Məhyəddinovun şikayəti icraata qəbul edilə bilməz, həmçinin sonuncuya izah edilməlidir ki, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: Məhyəddinov Orxan Qüddəsər oğlunun barəsində olan Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 30 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər Məhyəddinov Orxan Qüddəsər oğluna geri qaytarılsın. Məhyəddinov Orxan Qüddəsər oğluna şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1463/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1463/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver