Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1467/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis serjantı X2, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Mürşüd Nəbili şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Mürşüd Nəbili şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşı tərəfindən əsassız olaraq barəsində İXM-nin 330.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, protokolla və ümumiyyətlə inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmasa da barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 330-cu maddəsinin Qeyd hissəsinə görə Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Ona təqdim edilmiş video-görüntüdən də görünür ki, o, piyadalara heç bir tərəddüd yaşatmamış, yol ayrıcının keçiricilik qabiliyyətini aşağı salmadan yolayrıcını tərk etmişdir. O, “yol ver” tələbinin şərtlərini pozmamışdır. Məhkəmə iclasında qərardan şikayət verən X3 şikayətini müdafiə edərək Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis serjantı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində xidmətdə olan zaman Sumqayıt şəhəri, Koroğlu-Bədəlbəyli küçələrinin kəsişməsində “Bmw 520 D” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti” haqqında AR Qanunun 54-cü maddəsinin tələblərini pozduğuna görə saxlamış, ona İXMnin 330.0.2-ci maddəsi ilə protokol tərtib edərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bildirir ki, sürücü piyada keçidinə daxilaraq hətta keçidin tam olaraq ortasınadək gəlmiş piyadalara yol vermədən hərəkətinə davam etmişdir. Hadisənin baş verməsi görüntüsünü özündə əks etdirən görüntüdən də görünür ki, iki nəfər vətəndaş artıq piyada keçidinin ortasına kimi gəlmişlər. Sürücü onlara yol verməli olduğu halda verməmiş, hərəkətinə davam etmişdir. Hesab edir ki, qəbul etdiyi qərar qanuni və əsaslıdır. Qeyd olunanların nəzərə alınmasını, şikayətin təmin edilməməsini, xx.xx.2024cü il tarixli, TP ******* saylı qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş, baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman piyada keçidində iki nəfər və onların tam arxası iə gələn digər şəxslərin artıq piyada keçidinin ortasınadək gəldiyi, bu zaman qara rəngli “BMVV 520 D” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün piyadalara yol verməyərək hərəkətini davam etdirdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsinə Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ hissəsinə görə Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə iclasında tədqiq edilmiş baş vermiş hadisənin görüntüsünü əks etdirən 01 ədəd diskə baxış keçirilən zaman məlum olmuşdur ki, nəinki ən öndə gedən iki nəfər piyadanın hətta arxadan gələn digər piyadar da artıq piyada keçidinə daxil olmuş, keçidin tam ortasınadək gəlmişlər. Göründüyü kimi “BMVV 520 D” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mürşüd Nəbili piyada keçidinə daxil olmuş vətəndaşlara yol verməli olduğu halda yol verməmiş, bununla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin tələblərini pozmuşdur. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, X1 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsidə qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 330.0.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Hadisənin baş vermə görüntüsünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1467/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1467/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver