Məhkəmə qərarları › İş №3(060)-1469/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1469/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1469/2025 07.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.2002-ci ildə Quba rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:18 radələrində “Leapmotor C11 minik” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində hərəkətdə olan zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti «Leap Motor C11» markalı **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan görünür ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki. Şəxs idarə etdiyi Leap Motor C11 markalı **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə təxminən saat 18:18 radələrində Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman “OMİD” mağazasının yaxınlığında ara məsafəsini düzgün tənzimləyə bilmədiyindən bir qədər irəlidə eyni zolaqda dayanmış BMW markalı avtomobili vurmamaq üçün avtomobili sağa doğru meylləndirməyə çalışmış, lakin bu zaman ehtiyatsızlıqdan avtomobilinin qabaq sol hissəsi ilə orta zolaqda dayanmış Yüzbaşev Elçin Safa oğlunun idarə etdiyi Ford Fusion markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə çırpılaraq nəticədə öz avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs “YÜNGÜL” dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarından görünür ki, keçirilmiş məhəkəmə tibbi ekspertizanın 485 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində “burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün xətti sınığı, burun belinin sıyrığı” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən, törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 05.04.25-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar