Məhkəmə qərarları › İş №3(060)-147/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-147/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-147/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin polis serjantı X1 iştirakları ilə, xx.xx.1959-cu ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyində aparatçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin YPX-nin polis serjantı Elvin Muradov tərəfindən 16 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.1959-cu ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyində aparatçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan sürücü Şəxs Sumqayıt şəhəri, Lermantov küçəsində yol nişanının tələbini pozduğu üçün saxlanılmış, həkim tərəfindən müayinə olunan zaman sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 14.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 26 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 327.1 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, 16.12.2021-ci il tarixdə Sumqayıt şəhəri, Lermantov küçəsi ilə hərəkətdə olan zaman YPXnin əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı ondan spirtli içki qəbul etməsini soruşduqda o buna etirazını bildirmişdir ki, istifadə etdiyi tibbi masqanı spirtləyərək istifadə etdiyini bildirmişdir. Bu zaman YPX-nin əməkdaşı onu həkim müayinəsindən keçirmək məqsəi ilə Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinə aparmışdır. Həkim müayinəsi zamanı o qandan analiz götürülməsini tələb etmişdir. Lakin qandan analiz göyürülmədiyinə görə o, müayinədən imtina etmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xaitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin polis serjantı X2 izahatında qeyd etdi ki, sürücü Şəxs Sumqayıt şəhəri, Lermantov küçəsində yol nişanının tələbini pozduğu üçün tərəfindən saxlanılmış, yoxlama zamanı onun içkili olması şübhəsi yaranmışdır. Sürücü həkim tərəfindən müayinə olunan zaman sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Bu səbəblə də sürücü Şəxs barəsində İXM-nin 327.1 və 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərəfindən tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edti. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 343.1-ci maddədən əlavə İXM-nin 327.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı, inzibati xəta haqqında protokol və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 11389 №li 16 dekabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar