Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-147/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Qubadlı rayonu, Eyvazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, “Moskviç 2125” markalı ** BX *** d.q.n-lı avtomobil uzun müddətdir istismar olunmur, ** BX *** d.q.n-lı “Kia” markalı avtomobilin üzərində qanunsuz olaraq istifadə edilir, bu barədə DİN BDYPİ-yə və “102” Xidmətinə müraciət edib. Barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan DİN BDYPİ nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş qərar üzrə inzibati cəriməni həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Şəxs barəsində hazırkı protokol ona görə tərtib edilmişdir ki, o barəsində olan EQ20513613 saylı elektron qərar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi vaxtdan müvafiq cəriməni 3 ay müddətində ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs təqdim etdiyi DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli 3-xx-xx/5251/2024 nömrəli məktubundan məlum olur ki, T.Hüseynun müraciəti əsasında “Moskviç” markalı avtomobilə təhkim edilmiş ** BX *** d.q nişanın “Kia” markalı nəqliyyat vasitəsinə bağlanılaraq idarə olunması, saxlanılması barədə DİN “102” Xidmətinə etdiyi müraciətə baxılmış, dövlət yol polisinin şəxsi heyəti bu barədə təlimatlandırılmışdır. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta haqqında icraatın başlanmasına əsas olan xx.xx.2024-cü il tarixli inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədilməsində şübhələr mövcuddur. DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli 3-xx-xx/5251/2024 nömrəli məktubu da həmin ** BX *** d.q.n-lı avtomobilin “Moskviç” markalı deyil, “Kia” markalı avtomobilə bağlanılaraq idarə olunmasını təsdiq edir. İş materiallarına əlavə edilmiş AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Moskviç” markal avtombilə təhkim edilmiş ** BX *** dövlət qeydiyyat nişanlarının digər nəqliyyat vasitəsinə bağlanılaraq idarə olunması ilə əlaqədar dövlət yol polisinin şəxsi heyəti təlimatlandırılmışdır. Müvafiq məktubdan göründüyü kimi Şəxs sözügedən dövlət qeydiyyat nişanlı avtomibili idarə etməmişdir. Buna baxmayaraq AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən lazımi araşdırma aparılmadan əsasız olaraq protokol tərtib etmişdir Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə olan halda məhkəmə bir daha qeyd edir ki, vətəndaş Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 529.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114-115 və 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad olunsun və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-147/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-147/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver