Məhkəmə qərarları › İş №3(060)-1470/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1470/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1470/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 2023-cü ilin avqust ayında X1 işə düzəlmək üçün 500 manat məbləğində pul almış, lakin vədinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X6 öz izahatında bildirmişdir ki, X5 şikayətlə 4cü Polis Bölməsinə müraciət edərək Şəxs onun 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. X5 təhqiqat araşdırması zamanı izahatında 500 manat pulu işə düzəlmək üçün Şəxs verdiyini, həmin pulları hissə-hissə olmaqla verdiyini, sonuncu 100 manatı isə 2023-cü ilin avqust ayında verdiyini bildirmişdir. İş üzrə təhqiqat araşdırması zamanı hadisədə cinayət tərkibi olmadığı üçün cinayət işnin başlanması rədd edilmişdir. Rədd qərarı ilə hadisəni törədən şəxsin Şəxs olması və həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğu müəyyən edilmişdir. Bundan sonra tərəfindən hadisəni törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs ümumiyyətlə pul almadığını bildirir. zərərçəkmiş şəxs bölmədə izahat verərkən pulu kimin yanında verməsi və Şəxs ilə hansı şəraitdə tanış olması barədə heç nə bildirməmişdir. Hazırda sübutları yalnız zərərçəkmiş şəxsin izahatından ibarətdir. Əlavə hər hansı sübutarı mövcud deyil. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, X3 Kəmalə adlı şəxsin vasitəsilə tanımışdır. O, Fatimə Yaqubovadan pul almamışdır. X5 ona şərböhtan atır. Belə ki, X5 ilə şəxsi münasibətləri olmuşdur, bu səbəbdən də sonuncu ondan pul tələb etmişdir. O isə heç nə vermədiyi üçün X5 ondan şikayət vermişdir. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, o, sinif yoldaşı Kəmalənin vasitəsi ilə Şəxs ilə tanış olmuşdur. Şəxs onu işə düzəltmək adı ilə 2000 manat pul istəmişdir. O, hissə-hissə Şəxs 500 manat pul vermişdir. İşinin düzəlmədiyini gördükdən sonra o, pulunu istəmiş, lakin Şəxs müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən boyun qaçırmışdır. O, pulu Orxana şəxsən vermişdir, əlavə hər hansı sübutu yoxdur. Sübut kimi yalnız Orxanın həyat yoldaşı ilə aralarında olan Whatsapp yazışmalarını təqdim edə bilər. Pulu Orxana tanışları Kəmalə və Təbarəki yanında vermişdir. Orxan uzun müddət onu aldatdığı üçün şikayəti bir qədər gec vermişdir. Göstərilən halları nəzərə alaraq, ona dəymiş ziyanın Şəxs tərəfindən ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, zərərçəkmiş şəxsin Şəxs 500 manat verməyini təsdiq edən hər hansı sübut yoxdur. Həmçinin zərərçəkmiş şəxs X5 ilkin izahatında hansı məbləği kimin yanında verməyini qeyd etməmişdir. Göstərilənləri nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxsə istinad edilən inzibati xətanın sübuta yetirilməməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs özü könüllü olaraq mobil telefonunu təqdim edərək Şəxs arvadı ilə olan yazışmaların da sübut kimi nəzərə alınmasını xahiş etmişdir. Şəxs yazışmaların aparıldığı mobil telefon nömrəsinin həqiqətən də onun arvadına məxsus olmasını təsdiq etmişdir. Yazışmaların məzmununa məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, orada əsasən Şəxs və X5 arasında olan şəxsi münasibətlər barədə yazılı və səsli mesajlar mövcuddur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 500 manat verməsini iddia etsə də iş üzrə bununla bağlı hər hansı mötəbər sübut mövcud deyil. Yalnız zərərçəkmiş şəxs X2 izahatı Şəxs təqsirliliyini təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz. Zərərçəkmiş şəxs 500 manat pulu Şəxs Kəmalə və Təbarək adlı şəxslərin yanında verməsini iddia etsə də, müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təhqiqat araşdırması zamanı bu barədə heç nə bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 48-51, 53, 114-117 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar