Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1471/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mirelnur Musəvi Bakı Şəhəri Sumqayı Şəhər 3 saylı notariat ofisinin 8İ-9553 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər 3 saylı notariat ofisinin 8İ-13338 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-946/2023 saylı, xx.xx.2023-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5451/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 10 iyul 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5451/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı üzrə borcu üzrə Şəxs 830 manat, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-946/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı üzrə 520 manat, Sumqayıt Şəhər 3 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarı üzrə 1147 manat, xx.xx.2022-ci il tarixli qərarı üzrə 2825 manat və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı üzrə 5263 manat, cəmi 10585 manat borcu üzrsüz səbəbdən ödəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, icra vərəqələrindən məlumatı var. Hazırda işləyir, bundan əlavə qızının xəstə olması ilə bağlı nə qazansa ona xərcləyir. Bir ayı təzə tamam olacaq. Borclu olduğu şəxslərlə danışmış və razılaşmışdır ki, hər ay ödənişlər edəcək. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli, № 8İ/9553 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin VÖEN:********** xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs (AZE17164308,xx.xx.2017 - Asan- Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1982) MPZK4303f88A299 nömrəli müqaviləyə əsasan müddət üçün vaxtında ödənilməmiş 1122 manat 00 qəpik tutulmalıdır. Bundan əlavə təklif edirəm borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1147 manat 00 qəpik pul tutulmalıdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Anar Hacıyev tərəfindən Sumqayıt şəhər 3 saylı Notariat Kontorunun 8İ-9553 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu bildirişi aldığını imzası ilə təsdiqləmişdir. Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli, № 8İ/13338 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 4 ünvanında qeydiyyatda olan X2 (AA4090108, xx.xx.2022 00:00 – Asan-Sumqayıt, FİN 1VCSSVY; d/t: xx.xx.1978) xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs (AZE17164308,xx.xx.2017 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1982) müddət üçün vaxtında ödənilməmiş 2800 manat 00 qəpik tutulmalıdır. Bundan əlavə təklif edir ki, borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2825 manat 00 qəpik pul tutulmalıdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Anar Hacıyev tərəfindən Sumqayıt şəhər 3 saylı Notariat Kontorunun 8İ-13338 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu bildirişi aldığını imzası ilə təsdiqləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-946/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, iddia tələbi təmin edilərək, cavabdeh Şəxs 490 manat məbləğində borc və 30 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Anar Hacıyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-946/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu bildirişi aldığını imzası ilə təsdiqləmişdir. MN seriyalı ******* nömrəli, 09 mart 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Sumqayı Şəhər 3 saylı notariat ofisinin 8İ-9553 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcunu tam ödəməmiş və şöbəyə gəlməkdən yayınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-635/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilməsi qərara alınmışdır. MN seriyalı ******* nömrəli, 25 iyun 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Sumqayı Şəhər 3 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, № 8İ/13338 saylı, Sumqayı Şəhər 3 saylı notariat ofisinin 8İ-9553 saylı, xx.xx.2022ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-946/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunu tam ödəməmiş və şöbəyə gəlməkdən yayınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5451/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 800,30 manat əsas borc borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Anar Hacıyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5451/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iddia tələbi qismən təmin edilərək, cavabdeh Şəxs 5200 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməli, ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun 63 manatı cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilməli, dövlət rüsumunun qalan 63 manat hissəsi iddiaçı X4 aid edilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Tural İsayev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.”. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə, həmçinin nəzərə alır ki, borclu Şəxs tərəfindən icra sənədi qismən icra olunmuşdur. Bu isə onu göstərir ki, borclu Şəxs borcun icrasından qərəzli yayınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9- cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130- cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayı Şəhər 3 saylı notariat ofisinin 8İ-9553 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər 3 saylı notariat ofisinin 8İ-13338 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-946/2023 saylı, xx.xx.2023cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5451/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №3(060)-1471/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1471/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver