Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1472/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Zəngilan rayonu, Şərifan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Sumqayıt şəhəri, 9-cü mikrorayon, ev 5/6, mənzil 37 ünavnında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 07 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatırın arxa hissəsində dayanmış “Mercedes Benz” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq oturacağın üzərində olan Zərərçəkmiş şəxs məxsus içərisində 60,00 manat pulu, gün eynəyini, şəxsiyyət vəsiqəsini və maaş kartı olan qara rəngli əl çantasını oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 07 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi Eldar İbrahimov izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatırın arxa hissəsində dayanmış “Mercedes Benz” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq Zərərçəkmiş şəxs məxsus əl çantasını oğurlayaraq, cəmi 350,00 manat maddi ziyan vurmuşdur. Əl çantasının içərisində 60,00 manat pulu, gün eynəyini, şəxsiyyət vəsiqəsini və maaş kartı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kino teatırın arxa hissəsində dayanmış “Mercedes Benz” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq adını sonradan bildiyi Zərərçəkmiş şəxs məxsus əl çantasını oğurlamışdır. Əl çantasının içərisində 60,00 manat pulu, gün eynəyini, şəxsiyyət vəsiqəsini və maaş kartı olmuşdur. Törətdiyi əməldən peşman olmasını və Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməyə maddi imkanının olmadığını bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kino teatırın arxa hissəsində dayanmış “Mercedes Benz” markalı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq ona məxsus əl çantasını oğurlayaraq, cəmi 350,00 manat maddi ziyan vurmuşdur. Hal-hazırda vurulmuş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları və inzibati xəta haqqında protokol ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Zərər şəkmiş şəxsə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1472/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1472/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver