Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1472/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2, X1 iştirakları ilə, xx.xx.1994-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 22/57, mənzil 18 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 10 iyul 2024-cü il tarixdə Şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-400/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmədə protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 16000 manat tutularaq X1 xeyrinə ödənilməlidir. Bununla əlaqədar olaraq borclu ilə əlaqə saxlanılmışdır. Lakin borcun ödənilməsini həyata keçirməmişdir. Evinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, həmin evdə yaşamır. 27 may 2024-cü il tarixdə borclunun barəsində axtarış elan edilmişdir. Qeyd edilənlərə əsasən borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə tələbkar X6 izahatında göstərdi ki, borclu Şəxs oyuncaq mağazası işlətmişdir. Ona şərik olaraq işləməyi təklif etmişdir. Notarial qaydada müqavilə bağlanmasını bildirmişdir. O isə razı olmuşdur. 20000 manat borc vermişdir. Qeyd olunan pul vəsaitindən 4000 manat ödəniş etmişdir. Qalan məbləği ödəməmişdir. Borcunu bütöv şəkildə olmasa da, yarı hissəsini ödəsin. Əgər hissə-hissə ödənişlər etsə, aralarında barışıq olacaqdır. Borclunun hər ay 300 manat məbləğində ödəniş etməsinə razı deyildir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 izahatında göstərdi ki, borclu Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə səhlənkarlıq etmiş, İcra İdarəsinə yaxınlaşmamışdır. Qeyd olunan icra sənədini icra etməməsi ilə əlaqədar protokol tərtib olunmuşdur. Borclu barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, 4000 manat məbləğində ödəniş etdiyini sübut edə bilmişdir. Qalan borc məbləği 14600 manatdır. Hər ay 500 manat ödəniş etməyi və xaricə getməyə imkan yaratmasını təklif etmişdir. Lakin o, bununla razılaşmamışdır. 40000 manat borcdan 24000 manat ödəniş etmişdir. Məhkəmə qərarı çıxarılmasını istəmişdir ki, rəsmi qaydada ödənişlər etsin. Hal-hazırda borcun yarı hissəsini ödəməyə imkanı yoxdur. Həmçinin bildirmişdir ki, 14600 manat borcu vardır. Qeyd edilən borcdan hər ay 300 manat məbləğində ödəniş etməyə imkanı vardır. Evlidir. 2 uşağı vardır. Taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 27 may 2024-cü il tarixli qərarı ilə borclu şəxsin çağırışlara gəlməməsi və görülmüş icra tədbirləri nəticəsində onun icra sənədində qeyd edilən ünvanda yaşamadığının müəyyən edilməsi səbəb göstərilərək xx.xx.1994-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatına əsasən müəyyən olunur ki, o, icra sənədinin icrasını təmin etmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-400/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış borcu üzürsüz səbəbdən icra etməmişdir. Şəxs borcunu icra sənədi ilə müəyyən edilmiş qaydada ödəməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla borcunun ödənilməsi ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Eyni zamanda şəxs icra sənədi üzrə borcla bağlı hər hansı ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 8 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Vəkil X4 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №3(060)-1472/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1472/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver