Məhkəmə qərarları › İş №3(060)-1472/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1472/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1472/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, AZ5000, ünvan 1 ünvanında olan Şəxs MMC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 17 may 2025-ci il tarixli İXP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs MMC xx.xx.2025-ci il tarixdə saat 10:41-də mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan «DAF FT XF 105 yük» markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 rəisi, polis polkovnik-leytenantı Şamxal Əliyevin inzibati materialın məhkəməyə göndərilməsinə dair müşayiətedici məktubundan və Sumqayıt ŞPİ DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Elçin Qasımov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Şəxs MMC istifadəsində olan Daf markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 (sürücülük vəsiqəsi BD063387) barəsində yol vərəqəsinə dair məlumatları (məktuba əlavə olunub) xx.xx.2024-cü il tarixdən (xx.xx.2025ci il tarixədək yol vərəqi üzrə idarə etməsinə dair) Sumqayıt ŞPİ DYPŞ-nə təqdim edilib, lakin texniki səhv olaraq BDYPİ-nin Mərkəzi informasiya Sisteminə (MİS) daxil edilməmişdir. Hal-hazırda qeyd olunan texniki səhv aradan qaldırılaraq yol vərəqinə dair MİS-də müvafiq qeydlər aparılmış, qeyd olunan cərimənin sürücü tərəfindən ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5000, ünvan 1 ünvanında olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar