Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1474/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Adıgözəlzadə Orxan Elşad oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi barədə Adıgözəlzadə Orxan Elşad oğlunun tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Adıgözəlzadə Orxan Elşad oğlu şikayətlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Adıgözəlzadə Orxan Elşad oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayəti onunla əsaslandırdı ki, Adıgözəlzadə Orxan Elşad oğlu Sumqayıt Bələdiyyəsinin sədrinin müavini olaraq bələdiyyə sədrinin vəzifəsini icra edən şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 24 may 2023-cü il tarixli, MN №1290688 saylı “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin inzibati xəta haqqında qərarla bağlı bildirir ki, Sumqayıt Bələdiyyəsinin rəhbəri kimi inzibati xəta haqqında protokolun tərtib edilməsi tamamilə əsassız və ədalətsizdir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin “BTZ bağları adlandırılan” ərazisində məişət və digər tullantıların qalaqlanması qaydalarının pozulmasına görə Adıgözəlzadə Orxan Elşad oğlu barəsində inzibati protokol tərtib edilmişdir. Halbuki, adından da göründüyü kimi sözügedən torpaq sahəsi Azərbaycan Boruyayma Zavodu tərəfindən öz işçilərinə bağbostançılıq məqsədi ilə paylanmış və torpaq islahatına əsasən vətəndaşların xüsusi mülkiyyətinə verilmiş ərazidə yerləşir. Həmin torpaq sahələri Sumqayıt Bələdiyyəsinin mülkiyyətində deyildir və torpaq islahatı zamanı bələdiyyə mülkiyyətinə verilmiş ərazdiə deyildir. Həmin ərazinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmadığı halda məişət və digər tullantıların bu ərazidə qalaqlanması qaydalarının pozulmasına görə Sumqayıt Bələdiyyəsinin və onun rəhbəri qismində Adıgözəlzadə Orxan Elşad oğlunun inzibati məsuliyyətə cəlb edilməyini qanunazidd hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 saylı Qərarı ilə "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləş dirilməsi Qaydalan"ı təsdiq edilmişdir ki, bu Qaydalar şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarını müəyyən edir, şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat-məişət,həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni-məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi tədbirlərini nəzərdə tutur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən hər bir hüquqi və fiziki şəxs tullantıların növləri üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir. Adı çəkilən Qaydaların 6.1-ci bəndində müəyyən olunmuşdur ki, məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Həmçinin, sözügedən Qaydaların 10-cu bəndində yaşayış və istirahət yerlərinin təmizliyinə görə cavabdehlik müəyyən olunmuşdur ki, Qaydaların 10.5-ci bəndinə əsasən bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, habelə əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Həmin Qaydaların 10.4-cü bəndinə görə isə yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə, tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə, tullantıların avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçünmüvafiq tədbirlər görməyə görə məsuliyyəti kommunal-təsərrüfat qurumlan, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər daşıyırlar. Göründüyü kimi, qanunvericiliklə Sumqayıt Bələdiyyəsinin Sumqayıt şəhərinin ərazində yalnız bələdiyyə mülkiyyətində olan torpaqların tullantılardan çirklənmədən qorunmasına görə cavabdehliyi müəyyən edilmişdir. Eynİ zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Sumqayıt şəhəri ərazisində təmizliyin saxlanılması və müxtəlif cür məişət tullantılarının qalaqlanması da bələdiyyə tərəfindən deyil, mənzil-kommunal təsərrüfatı orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 25 aprel 2023-cü il tarixli protokolda inzibati xətanın törədildiyi kimi göstərilmiş ərazidə yerləşən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmadığı, həmin torpaq sahəsinin “BTZ bağları” adlandırılan ərazidə yerləşdiyini nəzərə alsaq, aydın olur ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iaşə obyektlərinin və ətrafdakı bağ evlərinin istifadəçisi olan şəxslər tərəfindən məişət tullantılarının əraziyə atılması səbəbindən Sumqayıt Bələdiyyəsini inzibati məsuliyyətə cəlb etmək cəhdləri əsassız və qanunaziddir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Sumqayıt Bələdiyyəsi şəhər ərazisində məişət tullantılarının yığılması və daşınması işlərini həyata keçirmir və qanunvericiliklə də bu cür işlərin həyata keçirilməsinin bələdiyyələrin vəzifəsi olması müəyyən olunmamışdır. Ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən sözügedən ərazidə yerləşən iaşə obyektlərinin və ətrafdakı bağ evlərinin istifadəçisi olan şəxslər tərəfindən məişət və digər tullantılarının müəyyən olunmamış yerlərə atılmasına görə həmin şəxsləri məsuliyyətə cəlb etmək yerinə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi gözdən pərdə asmaq və guya vəzifələrini yerinə yetirdikləri görünüşü yaratmaq məqsədi ilə əsassız olaraq bələdiyyəni törədilməsində təqsirkar olmadığı inzibati xətaya görə məsuliyyətə cəlb etməyə cəhd göstərmişdir. Yuxarıda sadalanan hallara əsasən sözügedən inzibati xəta haqqında protokolunun və onun əsasında çıxarılmış qərarın hüquqi əsası yoxdur və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-si tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaqsahəsində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilmişdir. Adıgözəlzadə Orxan Elşad oğluna bildiriş göndərilmiş və barəsində olan inzibati xəta ilə bağlı işə xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində baxılacağı bildirilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuş, lakin o, İdarəyə gəlməmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Adıgözəlzadə Orxan Elşad oğlu tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsi haqqında şikayətinin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaqsahəsində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilmişdir. İş materiallarında olan Adıgözəlzadə Orxan Elşad oğlu tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Adıgözəlzadə Orxan Elşad oğlu Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Adıgözəlzadə Orxan Elşad oğluna barəsində olan inzibati xəta ilə bağlı işə xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində baxılacağı bildirilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarından görünür ki, Adıgözəlzadə Orxan Elşad oğlu Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra etməsinə, yəni vəzifəli şəxs olmasına baxmayaraq o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən fiziki şəxs kimi cəlb olunaraq Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibari cərimə olunmuşdur. Bununla da, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi pozulmuş, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Adıgözəlzadə Orxan Elşad oğlunun şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Adıgözəlzadə Orxan Elşad oğlu barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM ROVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1474/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1474/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver