Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1474/2025 14.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Şikayətçinin nümayəndəsi Vəkil iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 27665911 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat cərimə növündə inzibati tənbeh tədbiri görülməsinə dair xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ27665911 saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinə dair xx.xx.2025-ci il tarixli 600 manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın tətbiq olunmasına səbəb kimi onun tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 10:57-də M-l avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisinə düşən 44.6-cı kilometrində Quba istiqamətində xüsusi təyinatlı KAMAZ 65201 markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə avtomobil yollarına idarə edilməsi qeyd edilmişdir. Qərarala razı deyil, bu barədə aidiyyəti qurumlara da məlumat vermiş və hesab edir ki, ləğv edilməlidir. Qərarın qəbul edilməsinə səbəb inzibati xətanın aşkar edildiyi yerdə quraşdırılmış elektron tərəzinin idarə etdiyi avtomobilinin çəkisinin 34260 kq olmasını müəyyən etməsi olmuşdur (limit 32000 kq-dır). Məhz bu hissədə müvafiq protokolla razı deyil, belə ki, müvafiq dövlət qurumunun elektron tərəzisinin göstərdiyi çəki ilə yükünü daşıdığı “Sumqayıt Dəmir Beton 12 ASC”-dən çıxan zaman oranın tərəzisində aparılmış çəki arasında ciddi fərq yaranmışdır. Belə ki, o, idarə etdiyi qeyd olunan yük avtomobili ilə təyinat nöqtəsinə yola çıxmamışdan öncə xx.xx.2025-ci il tarixdə, saat 10:35:17-də yüklü vəziyyətdə avtomobilin çəkisi ölçülmüş və 32020 kq etmişdir. Qeyd olunan çəki təyinat nöqtəsində də qeydə alınmışdır. Yolda quraşdırılmış elektron tərəzidə isə 260 kq fərq yaranmışdır ki, bu mümkün deyildir, belə ki, istər yükün götürüldüyü və istərsə də yükün boşaldıldığı qurumların ölçmə barədə müvafiq sənədləri vardır. Bundan başqa “Sumqayıt Dəmir Beton 12 ASC”-nin tərəzilərinin işlək vəziyyətdə olması, mütəmadi yoxlanmasına dair şəhadətnaməsi də mövcuddur. Bu barədə avtomobil yoluna electron tərəzini quraşdırılmış aidiyyəti quruma dəfələrlə məlumat versə də, hazırki vaxtadək heç bir nəticəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi Vəkil şikayətinin mahiyyətinə uyğun çıxış edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 27665911 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 may 2025-ci il tarixli, EQ 27665911 nömrəli qərardan aydın olur ki, X2 01 may 2025-ci il tarixdə saat 10:57-də idarə etdiyi «Kamaz 65201» xüsusi təyinatlı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-1, 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 01 may 2025-ci il tarixdə, saat 10:57-də «Kamaz 65201» xüsusi təyinatlı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomaşın Sumqayıt şəhəri, H.Z.tağıyev, Quba istiqamətində tərəzidən keçərkən limit 32000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 34260 kq olmuşdur. İş materiallarında olan elektron sorğudan görünür ki, "xxxx" Şirkətinin Xızı rayonunda görüləcək işlərə görə xx.xx.2025-ci il müəssisələrinə məxsus ** AE *** dövlət qeydiyyat nişanlı betonqarışdıran maşını 7 kub metr C50 AİR Sulfatadavamlı, xx.xx.2025ci il ** AF *** dövlət qeydiyyat nişanlı betonqarışdıran maşını 6,5 kub metr C16/20 və xx.xx.2025-ci il tarixində ** AF *** dövlət qeydiyyat nişanlı betonqarışdıran maşını 6,5 kub metr C50 sulfatadavamlı beton qarışığını nəzərdə tutulmuş ünvana çatdırmışdır. Məhkəmə həmin qaiməyə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzilərin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 01 may 2025-ci il tarixdə saat 10:57-də idarə etdiyi «Kamaz 65201» xüsusi təyinatlı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 27665911 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 27665911 saylı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1474/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1474/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver