Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1476/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs Həsən-zadə Teymur Abduləli oğlunun, Sumqayıt Şəhər Polis idarəsi 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, Həsən-zadə Teymur Abduləli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həsən-zadə Teymur Abduləli oğlu şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Sumqayıt Şəhər Polis idarəsi 3-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 26.04.2021ci il tarixdə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Həsən-zadə Teymur Abduləli oğlu izahatında göstərdi ki, sözügedən inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib olunmuş həmin inzibati tənbeh vermə haqqında qərarla razılaşmır. Belə ki o, “Covid-19” xəstəliyinə qarşı vaksin vurdurmuşdur. Bunu “Covid-19” vaksinasiyası üzrə məlumat forması sənədi də təsdiq edir. Vaksinin birinci dozasını 2 mart 2021-ci il tarixdə, ikinci dozasını isə 30 mart 2021-ci il tarixdə qəbul etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib tərtib edilən tarixdə o, artıq vaksinasiyadan keçmiş və xəstəliyin daşıyıcısı olmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, vətəndaş Həsən-zadə Teymur Abduləli oğlu barəsində Azərbaycan Resublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 15.04.2021-ci il tarixdə, saat 10:15 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində tibbi maskadan istifadə etmədiyinə görə vətəndaşa yaxınlaşmış, özünü təqdim etmiş və ona maska taxmadığı üçün iradını bildirmişdir. Məlum olmuşdur ki, həmin şəxs Həsən-zadə Teymur Abduləli oğludur. Hamıya məlum olduğu kimi hazırda ölkədə açıq hava şəraitində maskadan istifadə məcburidir. Buna görə də vətəndaş Həsənzadə Teymur Abduləli oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin onu da qeyd etdi ki, vaksinasiyadan keçmək tibbi maskadan istifadə etməməyə əsas vermir. Odur ki, Həsən-zadə Teymur Abduləli oğlunun şikayətinin təmin olunmamasını və 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Həsən-zadə Teymur Abduləli oğlu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Həsən-zadə Teymur Abduləli oğlunun özünün də izahatından göründüyü kimi o, həqiqətən də tibbi maskadan istifadə etməmişdir. Belə ki, Həsən-zadə Teymur Abduləli oğlunun vaksinasiyadan keçməsi onu maska taxmaqdan azad etmir. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis idarəsi 3-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və Həsən-zadə Teymur Abduləli oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Həsən-zadə Teymur Abduləli oğlu tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş 20.04.2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt Şəhər Polis idarəsi 3-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Həsənzadə Teymur Abduləli oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt Şəhər Polis idarəsi 3-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 20.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1476/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1476/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver