Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1476/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar TC. “Berge” Dış Tic. LTD. Şti-nin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də menecer vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X5 tərəfindən 14 iyun 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icra idarəsinə daxil olmuş, tərəflər qərar və bildirişlə tanış olmuşlar. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq borclu üzrsüz səbəblərə görə ödəniş etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 08 iyun 2023-cü il tarixə təyin edilmiş, lakin icra sənədi üzrə tələbkar məhkəmə iclasında iştirak etmədiyindən və borclu tərəfindən ödəniş qəbzlərinin təqdim olunması ilə bağlı işin baxılması 14 iyun 2023-cü il tarixə təxirə salınmışır. 08 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin e- 2-2(119)-414/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 24.570,00 ABŞ dolları məbləğində pul tutularaq icra sənədi üzrə tələbkar TC. “Berge” Dış Tic. LTD. Şti-yə ödənilməlidir. Borclu qeyd olunan icra sənədi üzrə İcra idarəsinə dəvət olunmuş, ona icraata başalam haqqında qərarın və bildirişin surəti ona təqdim olunmuş, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq borclu üzrsüz səbəblərə görə ödəniş etməmişdir və çağrışlara gəlməmişdir. Borclu şifahi olaraq 3.000,00 ABŞ dolları borcunun olduğunu bildirsə də, lakin rəsmi ödəniş qəbzlərini təqdim etməmişdir. O, axtarış qərarı nəticəsində polis əmədkaşı tərəfindən icra idarəsinə gətirilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. 08 iyun 2023-cü il tarixdə məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin icra sənədinə əsasən borclu ondan ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 24.570,00 ABŞ dolları məbləğində pul tutularaq icra sənədi üzrə tələbkar TC. “Berge” Dış Tic. LTD. Şti-yə ödənilməlidir. Hal-hazırda o, qeyd olunan borcundan 21.000,00 ABŞ dollar ödəmiş və 3,500,00 ABŞ dolları tələbkara borcu qalmışdır. Qalıq borcdan ödəniş etməyə maddi imkanının olmadığını, lakin qısa müddət ərzində borcunu tam ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. 14 iyun 2023-cü il tarixdə İcra sənədi üzrə tələbkar TC. “Berge” Dış Tic. LTD. Şti-nin etibarnamə üzrə nümayəndəsi X6 ödəniş qəbzlərini məhkəməyə təqdim edərək izahatında göstərdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin icra sənədinə əsasən borclu Şəxs ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 24.570,00 ABŞ dolları məbləğində pul tutularaq icra sənədi üzrə tələbkar TC. “Berge” Dış Tic. LTD. Şti-yə ödənilməlidir. Həqiqətən də bocrlu şəxs 21.000,00 ABŞ dollar ödəmiş və 3,500,00 ABŞ dolları tələbkara borcu qalmışdır. Bu barədə ödənişləri özü qəbul etmiş və öz imzası ilə təsdiq olunmuşdur. Lakin qeyd olunanlara baxmayaraq borc tam ödənilməmişdir. Borclu barəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədini üzrlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili X4 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1476/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1476/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver