Məhkəmə qərarları › İş №3(060)-1480/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1480/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1480/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan Şəxs MTK-nın müdafiəçisi Femida Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Prokurorluğundan daxil olmuş materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər prokuroru tərəfindən Şəxs MTK barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 12.04.2021-ci il tarixli qərar qəbul edilmiş, qərar və toplanmış material baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 12.04.2021-ci il tarixli qərardan görünür ki Sumqayıt şəhər prokuroru tərəfindən Şəxs MTK barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi qərarda inzibati xəta tərkibi natamam şəkildə qeyd edilmiş, konkret olaraq göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş konkret olaraq hansı inzibati xətanı törətməsinə dair məlumatlar iş materiallarında yoxdur. Bu səbəbdən də iş materialları yenidən araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt Şəhər Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar