Məhkəmə qərarları › İş №3(060)-1481/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1481/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1481/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 17 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 17 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın və ona hesablanmış cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X2 şikayətini onunla əsaslandırdı ki, 17 aprel 2021-ci il tarixdə saat 10:14:28-də idarə etdiyi VAZ 21150 minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Yarmarka ərazisi istiqamətində hərəkət edərkən avtomobilinin nasaz olduğunu hiss etmiş və məcburən avtomobilini dərhal yolun kənarında saxlamışdır. Avtomobilini saxladığı ərazi yolun hərəkət istiqaməti olmayıb və avtomobillərin gediş-gəlişinə heç bir manecilik törətmirdi. Ərazidə “dayanmaq qadağandır” yol nişanı yox idi. Lakin buna baxmayaraq Sumqayıt şəhər DYP-nin əməkdaşları həmin ərazidə avtomobilinin guya qadağan olunmuş ərazidə saxlanıldığını bildirərək avtomobilin fotoşəklini çəkib inzibati tənbeh tərtib edərək cərimə yazılmışdır. Sözügedən qərarla razılaşmadığını bildirdi. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 17 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X4 Şöbəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında 17 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib, həmin qərarla 20 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, hadisə yerinin fotoşəkillərinə baxaraq hesab edir ki, şikayət rədd edilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdəndə müəyyən edilmişdir ki, X2 17 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, Yarmarka ərazisi istiqamətində avtomobilini saxladığı ərazidə avtomobili “dayanmaq qadağandır” yol nişanı olduğu halda o, avtomobilini həmin ərazidə dayandırmışdır. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 avtomobilini “dayanmaq qadağandır” yol nişanı olduğu halda həmin ərazidə saxladığından Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 17 aprel 2021-ci il tarixli, EQ ******* saylı qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 17 aprel 2021-ci il tarixli, EQ ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar