Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1482/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Yadigar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru: X5, İcra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs): X1, İcra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs): Zərərçəkmiş şəxs, İcra sənədi üzrə borclu (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs): Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən 18 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-567/2024 saylı qərarı üzrə borclu Şəxs qalıq 5013 manat, Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 8İ-13338 saylı qərarı üzrə qalıq 2225 manat, ümumulikdə 7238 manat borcu üzrsüz səbəbdən ödəməkdən yayınır. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 çıxış edərək bildirdi ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs 5263 manat məbləğində pul alınaraq X3 ödənilməlidir. Borclu məhkəmə qərarı və bildirişlə tanış olmuş, qarşı tərəfin bank hesabı ona təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində protokol tərtib olunmuş və protokol düzgün tərtib olunmadığından geri qaytarılmışdır. O vaxtdan bu vaxta kimi cəmi 150 manat bir, 100 manat da bir olmaqla, ümumilikdə 200 manat X3 ödəniş etmişdir. Hazırda 6 ay müddət olar ki, borcdan heç bir ödəniş edilmir və həmin icra sənədi üzrə 5013 manat borc qalmışdır. Digər icra sənədi isə Sumqayıt şəhər 3 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli qərarına əsasən 2825 manat məbləğində pul Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu bu qərar üzrə də bildirişlə tanış olmuş, bu vaxta kimi qərar üzrə bir dəfə inzibati məsuliyyətə cəlb edilmiş, xx.xx.2025-ci il tarixli qərarla 500 manat məbləğində cərimə edilmiş, lakin bu vaxta kimi cəmi qərar üzrə 600 manat ödəniş etmişdir. Bu qərar üzrə də son 6 aydır ki, ödəniş olunmur. Hal-hazırda 2225 manat borc vardır. Ümumilikdə hər iki icra sənədi üzrə hazırki borc 7238 manat təşkil edir. Bu günki günə Şəxs yanvar ayında axtarışla polis əməkdaşları vasitəsilə idarəyə gətirilmişdir. Həmin vaxt iltizamı alınmış və öhdəlik götürmüşdür ki, hər ayın 15-dən 15-nə hər iki tərəfə 100-200 manat arasında ödəniş edəcəkdir. Lakin kifayət qədər müddət keçməsinə baxmayaraq 5 ay müddətində dəfələrlə telefon əlaqəsi yaratmaqlarına baxmayaraq borcu ödəyəcəyini bildirib heç bir ödəniş etməmişdir. İcra məmurunun çağırışlarına da gəlməmişdir. Bu günki gün yenə də polis əməkdaşları vasitəsilə axtarışla gətirilmiş və barəsində protokol tərtib edilmişdir. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (icra sənədi üzrə borclu) izahatında bildirdi ki, işləmədiyinə görə ödəyə bilməmişdir, bir aydır ki, yeni işə düzəlmişdir. Borcdan boyun qaçırmır, borcunu ödəyəcəkdir. Hər ay 200 manat ödəniş edə bilər. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) X4 hər ay 200 manat ödənilməsinə razı olduğunu, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. İcra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) X4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs il barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında İcra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs hər ay 200 manat ödənilməsinə razı olduğunu, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. İcra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs il barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt şəhər 3 saylı notariat ofisinin 8İ-13338 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəxs cəmi 2825 manat pul tutulmalıdır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-567/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 5200 manat məbləğində pul alınaraq X3 verilməlidir. - Sumqayıt Şəhər Məhkəməsi 3(060)-635/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023, xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 8(060)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər Məhkəməsinin 8(060)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadlarına əsasən Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Sumqayıt şəhər 3 saylı notariat ofisinin 8İ-9553 nömrəli, xx.xx.2022-ci il tarixli, Sumqayıt şəhər 3 saylı notariat ofisinin 8İ-13338 nömrəli, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-946/2023 saylı, xx.xx.2023-cü İİ tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5451/2023 saylı. xx.xx.2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2024 saylı, 01,03.2024-cü tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-cı maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs tələbkar şəxslərlə (zərərçəkmiş şəxslərlə) aralarında razılığa gəlməsi, tələbkar şəxslərin (zərərçəkmiş şəxslərin) şikayətçi olmamasını, borcunu ödəməsi barədə öhdəlik götürməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru, zərərçəkmiş şəxslər və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. - 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1482/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1482/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver