Məhkəmə qərarları › İş №3(060)-1483/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1483/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1483/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC (VÖEN **********) barəsində Miqrasiya Nəzarəti Baş İdarəsinin inzibati xəta haqqında MN № ******* saylı 15 aprel 2021-ci il tarixli protokoluna baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə “xxxx” MMC barəsində Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən İXM-nin 578.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında MN № ******* saylı 15 aprel 2021-ci il tarixli protokolu daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş “xxxx” MMC-nin nümayəndəsi 24 may 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdr. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki, “xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Türkiyə Respublikası vətəndaşı Sağlam Ercan 2021-ci ilin mart ayından “xxxx” MMC-də elektrik vəzifəsində işləmiş, gördüyü işin müqabilində aylıq 1000 (min) manat əmək haqqı almışdır. Qanunvericiliyin tələblərinə görə hüquqi şəxslər işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Lakin “xxxx” MMC tərəfindən lazımi icazə alınmamışdır. Buna görə də “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, hüquqi şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan inzibati xəta haqqında MN № ******* saylı 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı Sağlam Ercanın son iki aydır ki “xxxx” MMC-də elektrik olaraq işlədiyi, gördüyü işin müqabilində aylıq 1000 (min) manat əmək haqqı aldığı müəyyən olunmuşdur. İş materiallarında olan X3 14.04.2021-ci il tarixli izahatından görünür ki, o, 02.12.2019-cu il tarixli tarixindən Azərbaycanda yaşayır. Ara-sıra ölkəyə giriş-çıxış etmişdir. İndiyə qədər bir neçə şirkətlə çalışmışdır. Son olaraq iki aydır ki, “xxxx” MMC-də elektrik olaraq işləyir və buna görə 1000 manat əməkhaqqı alır. “xxxx” şirkəti tərəfindən ona Miqrasiya Xidmətindən iş icazəsi alınmamışdır. İş materiallarından görünür ki, “xxxx” MMC 01.04.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** saylı VÖEN əsasında qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan 14 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sağlam Ercan Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14.04.2021-ci il tarixli 0379346/M saylı qərarı ilə Sağlam Ercanın Azərbaycan Respublikasına gəlişi Dövlət Miqrasiya Xidmətinin 14 aprel 2021-ci il tarixli və ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilənədək qadağan edilmişdir. Məhkəmə inzibati xəta haqqında törətmiş şəxsin nümayəndəsini dinləyib işdə olan sübutları tədqiq edərək hesab edir ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bunu iş materiallarında olan X3 izahatı da təsdiq edir. Bu səbəbdən də “xxxx” MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görəvəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 63.2. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. 63.3. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda da ona iş icazəsinin alınması üçün müraciət edə bilərlər. 63.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 63.5. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Beləliklə də aparılmış araşdırma zamanı “xxxx” MMC tərəfindən İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən “xxxx” MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalı, onun barəəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərar verdim: “xxxx” MMC (VÖEN **********; AZ5000, Sumqayıt şəhəri, məhəllə 26, ev 4/10, mənzil 14) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərarın İcrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar