Məhkəmə qərarları › İş №3(060)-1496/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1496/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1496/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxslər X1, X2 və X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, ünvan 1ünvanında qeydiyyatda olan və Abşeron rayonu, ST.Sumqayıt qaçqın şəhərciyində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 03.06.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 10.04.2022-ci il tarixə keçən gecəSumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi ərazisində M.Quliyevə məxsus bərbərxananın divarına quraşdırılmış BK markalı kondisioneri, 27.03.2022-ci il tarixdən 28.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, BTZ bağları ərazisində Ş.Məmdova məxsus VAZ 2107 markalı, 01BU923 dövlət nəqliyyat nişanlı avtomobilindən 1 ədə pioneer markalı maqnitofonu və 1 ədəd akkumulyatoru, 29.04.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində Balaxanım Əliyevaya aid həyətə daxil olub 100 manatlıq velosipedi oğurlamışdır. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03.06.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* və MN ******* saylı protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1496/2022, 3(060)-1497/2022 və 3(060)-1498/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-1498/2022 nömrəsi ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 03 iyun 2022-ci il tarixə, saat 16:40-a təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03.06.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1496/2022, 3(060)-1497/2022, 3(060)-1498/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-1498/2022 nömrəsi ilə birləşdirilsin. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar