Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1496/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 28490997 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ 28490997 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Azər Babayev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azər Babayev şikayətini onunla əsaslandırmışdır ki, barəsində xx.xx.2025-ci il tarixdə EQ 28490997 nömrəli elektron qərar qəbul edilmişdir. Hesab edir ki, tərəfindən hər hansı bir inzibati xəta törədilmədiyindən adıçəkilən qərar ləğv edilməlidir. Belə ki, EQ 28490997 nömrəli elektron qərar İXM-nin 346.5 maddəsinin pozulması ilə bağlıdır - “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə. Halbuki onun dayandığı yerdə hərəkət hissələrinin kəsişməsi mövcud deyil, orada yol kənarında olan tikilinin abadlaşdırılmış ərazisi mövcuddur. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkət hissələrinin (yolun) olmamaması nəinki bütün xəritələrdə var, hətta elektron qərar qəbul edərkən fotoşəkillərin çəkildiyi məkanın E-POLİS saytında qeyd olunduğu xəritədə də açıq-aşkar görünür ki, orda yol, yəni nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsi yoxdur. Orda nəqliyyat vasitələrinin hərəkət hissələrinin (yolun) kəsişməsinin olmaması həmçinin onunla sübut olunur ki, kəsişmədə heç bir yol nişanı yoxdur. Xəritələrdə həmin ərazidə qeyd olunan hərəkət hissələrinin kəsişməsində (məhəllə yollarında) nişanlar mövcuddur. Qeyd edir ki, sübut üçün fotoşəkillər çəkərkən DYP əməkdaşları həmin ərazidən keçmiş və həqiqətən də İXM-nin 346.5 maddəsinin pozan sürücüləri “görməmişlər”. Zənn edir ki, DYP əməkdaşı olmayan yerdə, özündən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsini “icad” etməklə İXM-nin 354.0.3-cü maddəsinin tələbini pozmuşdur. Hazırki iş üzrə çıxarılmış qərar qanuni qüvvəyə minənədək dəbbə pulunun hesablanmaması barədə qərardad və barəsində qəbul edilmiş EQ 28490997 nömrəli elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Azər Babayev şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, heç bir qayda pozuntusuna yol verməmişdir. Belə ki, 10 iyun 2025-ci il tarixində idarə etdiyi “SSANG YONG REXTON” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili park etmişdir. Lakin avtomobilini park etdiyi ərazi yolların kəsişdiyi ərazi olmamışdır. Həmin ərazidə dayanma-durma işarəsi olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqdim edilmiş fotoşəkillərdən “SSANG YONG REXTON” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət hissəsinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda park edilmişdir. Kəsişən hərəkət hissəsi fotoşəkildən göründüyü kimi asfalt örtüklü yoldur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə Azər Babayevin şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Azər Babayevin məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə məhkəməyə ərizə ilə müraciət edərək bu məzmunda izahat vermiş, belə ki, verdiyi izahat özünümdafiə xarakteri daşıyır. “Yol hərəkəti haqqında” Qanunun 1.9-cu maddəsinə əsasən, baş yol kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir) İş materiallarına əlavə edilmiş fotoşəkildən “SSANG YONG REXTON” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin həqiqətən də hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda park edildiyi müəyyən edilmişdir. Göründüyü kimi adı çəkilən avtomobil digər asfalt örtüklü hərəkət hissəsinə tam bitişik ərazidə dayanmışdır. “Yol hərəkəti haqqında” Qanununun 52-ci maddəsinin 4-cü bəndinə əsasən ) 1.1— 1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda nəqliyyat vasitələrinin dayanması və ya durması qadağandır. Həmin Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə görə Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Məhkəmə qeyd edir ki, həmin vaxt Azər Babayevin avtomobilinin yolun hərəkət hissəsində məcburi dayanması üçün qanunda göstərilən hər hansı əsas olmamış, bu barədə təsdiqləyici sübut məhkəməyə təqdim edilməmiş, fotoşəkildən bu hal müşahidə edilməmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Azər Babayevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 28490997 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1496/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1496/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver