Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1498/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Mənsim oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, ünvan 1ünvanında qeydiyyatda olan və Abşeron rayonu, ST.Sumqayıt qaçqın şəhərciyində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 03.06.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 10.04.2022-ci il tarixə keçən gecəSumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 məxsus bərbərxananın divarına quraşdırılmış BK markalı kondisioneri, 27.03.2022-ci il tarixdən 28.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, BTZ bağları ərazisində Ş.Məmdova məxsus VAZ 2107 markalı, 01BU923 dövlət nəqliyyat nişanlı avtomobilindən 1 ədə pioneer markalı maqnitofonu və 1 ədəd akkumulyatoru, 29.04.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində Zərərçəkmiş şəxs3 aid həyətə daxil olub 100 manatlıq velosipedi oğurlamışdır. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, o 17.02.2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan Mərhəmət Hümmətovun həyətinin qarşısında olan qaz turbasının dəmir dirəyini, 17.02.2022-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində fərdi evdə yaşayan Eldəniz Əhmədzadəyə aid evin elektron naqillərini oğurlamışdır. Hal-hazırda işləmir, məşğulluğa müraciət etməmişdir. Maddi imkanı yoxdur. Ailəlidir, 1 azyaşlı uşağı vardır. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha oğurluq edib belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, yaşadığı evin qarşısında ona məxsus hazırda fəaliyyət göstərməyən bir mərtəbəli, bir otaqlı bərbərxana vardır. 09.04.2022-ci il tarixdə saat 23:00 radələrində həmin obyektə nəzarət edərək yaşadığı evə getmiş və 10.04.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində görmüşdür ki, həmin obyektin divarına küçədən quraşdırılmış BK markalı köhnə rus istehsalı olan kondisioner yerində yoxdur, naməlum şəxs tərəfindən oğurlanmışdır. Buna görə də polisə müraciət etmişdir. Obyektin qapısına və pəncərəsinə heç bir müdaxilə olunmayıb, oğurlanmış kondisionerin dəyəri 100 manatdır. Ona dəyən maddi ziyan ödnilməmişdir. Buna gğrə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 27.03.2022-ci il saat 21:00-dan 28.03.2022-ci il saat 07:45-dək olan müddət ərzində naməlum şəxs yaşadığı evin qarşısında saxladığı etibarnamə əsasında ona məxsus olan VAZ 2107 markalı 01BU923 dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını açaraq avtomobilə daxil olub avtomobilin salonunda quraşdırılmış bir ədəd Pionerr markalı maqnitofonu və mühərrik hissəsində olan akkumulyatoru oğurlamışdır. Ona dəymiş maddi zərər ödənilməmişdir. Buna görə də qanunamüvafiq qərara qəbul edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs3 izahatında bildirdi ki, 28.04.2022-ci il tarixdən 28.04.2022-ci il tarixə keçən gecə ərzində naməlum şəxs hasardan aşma yolu ilə onun məxsus evin hyətinə daxil olub oradan 1 ədəd 28-lik markasını bilmədiyi qiyməti 100 manat olan velosipedi oğurlamışdır. Ona dəymiş maddi zərər ödənilməmişdir. Ona görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 03.06.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını, 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 5 (beş) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəlləsinin 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 03 iyun 2022-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Mənsim oğlunun göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1498/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1498/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver