Məhkəmə qərarları › İş №3(060)-1499/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1499/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1499/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Bakı şəhər Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi E.Qədirov tərəfindən qəbul edilmiş EPO № ******* saylı, 13 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş iddia ərizəsinə baxaraq müəyyən etdi: X3 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi E.Qədirovun qəbul etdiyi EPO № ******* saylı, 13 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, EPQ №1299933 saylı, 13 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş iddia ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X3 qərardan şikayətlə məhkəməyə müraciət etməli olduğu halda iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 10 günlük şikayət vermə müddətini ötürmüş, müddətin bərpası ilə bağlı vəsatət verməmiş, həmin iddia ərizəsini də imzalamamışdır. Bundan əlavə, İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Materialdan görünür ki, inzibati xəta hadisəsi Bakı şəhərinin Xətai rayonu ərazisində baş vermişdir. X3 isə ərizəsini Sumqayıt şəhər məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Ərizə verən şəxs belə bir vəsatət verməmişdir. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilən uyğunsuzluqlar icraatı rədd edən hallar olduğundan məhkəmə verilmiş iddia ərizəsi və ona əlavə olunan sənədlərin baxılmadan X2 geri qaytarmaq nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Bakı şəhər Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi E.Qədirov tərəfindən qəbul edilmiş EPO № ******* saylı, 13 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar