Məhkəmə qərarları › İş №3(060)-15/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-15/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-15/2021 26.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, 00700-0187/20 saylı protokol tərtib edilmişdir ona görə ki, ünvan 1i ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı hüquqi şəxs yaratmadan saibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs Şəxs ümumi dəyəri 34700(otuz dörd min yeddi yüz) ABŞ dolları olan “Tomatlar təzə” yükünü Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2017-ci il tarixli **********5696 və və xx.xx.2017-ci il tarixli **********5881 sorğu nömrəli Gömrük bəyannamələri əsasında “İxrac” gömrük prosedurunda rəsmiləşdirirərək konsiqnasiya yolu ilə ixrac etmiş,lakin ixrac olunmuş yükün müqabilində ixracatçının bank hesabına məcburi qaydada köçürülməli olan dəyəri 34700(otuz dörd min yeddi yüz) ABŞ dolları valyuta vəsaitinin 180(yüz səksən) gün ərzində köçürülmədiyi müəyyən edilmişdir.Belə ki, geyd olunan yükün mügabilində fiziki şəxsin müvəkkil bankdakı hesabına (AR Prezidentinin 24.07,1997-ci il tarixli 609 nömrəli Fərmanı) məcburi köçürülməli olan ümumilikdə 34700(otuz dörd min yeddi yüz) ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmaması barədə xx.xx.2020-ci il tarixdə Sumgayit Baş Gömrük İdarəsinin Təhqigat Bölməsinə 34/012/002205 saylı, xx.xx.2020-ci il tarixli raport daxil olmuşdur. Faktla əlagədar Sumqayıt Baş Gömrük İdarəsinin Təhgigat Bölməsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 00700-0187/20 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə müvafiq olaraq **********5696 və **********5881 sorğu nömrəli Gömrük bəyannamələri əsasında “İxrac” gömrük prosedurunda rəsmiləşdirdiyi ümumi dəyəri 34700(otuz dörd min yeddi yüz) ABŞ dolları olan “Tomatlar təzə” yükünü müvafiq olaraq xx.xx.2017və xx.xx.2017-ci il tarixlərdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin həmin yükün müqabilində fiziki şəxsin müvəkkil bankdakı hesabına (AR Prezidentinin 24,07.1997-ci il tarixli 609 nömrəli Fərmanı) məcburi köçürülməli olan ümumilikdə 34700(otuz dörd min yeddi yüz) ABŞ dolları məbləğində valyuta xaricdən qaytarılmamışdır. İş üzrə icraat aparılan Şəxs izahat vermək və aparılacaq prosessual hərəkətlərdə iştirak etməsi üçün xx.xx.2020-ci il tarixində rəsmi şəkildə Sumqayıt Baş Gömrük İdarəsinə dəvət olunmuş, habelə gəlməməsinin protokolun tərtib olunmasına mane olmadığı barədə məlumat verilmişdir. Lakin Şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq çağırış üzrə gəlməmiş, bunun səbəbləri barədə işə baxan orqana (vəzifəli şəxsə)məlumat verməmişdir. Azərbaycan Respublikası Prezdentinin xx xxxx 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qaydaların 12.2. və 12.3.-CÜ bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, ümumi dəyəri 34700(otuz dörd min yeddi yüz) ABŞ dolları olan “Tomatlar təzə” yükü Şəxs tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2017-ci il tarixli **********5696 və və xx.xx.2017-ci il tarixli **********5881 sorğu nömrəli Gömrük bəyannamələri ilə rəsmiləşdirərək konsiqnasiya yolu ilə Rusiya Federasiyasına ixrac olunmuş və ixracdan əldə olunmuş vəsaitin 34700(otuz dörd min yeddi yüz) ABŞ dolları Azərbaycan Respublikasına geri qaytarılmamışdır. Araşdırma ilə əlaqədar Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasındakı müvəkkil bankın hesabına köçürülməmiş 34700(otuz dörd min yeddi yüz) ABŞ dolların Azərbaycan manatına nisbətini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin VAİS proqram təminatından çıxarış edilmişdir. Qeyd olunan malların ixrac olunan zaman gömrük orqanına bəyan olunduğu gün müvafiq olaraq Mərkəzi Bankın valyuta məzənnəsinə əsasən ABŞ dollarının Azərbaycan manatına nisbətinə əsasən hesablama aparılaraq Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 58990.00 (əlli səkkiz min doqquz yüz doxsan) manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı hüquqi şəxs yaratmadan saibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs Şəxs konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 58990.00 (əlli səkkiz min doqquz yüz doxsan) manat valyuta vəsaiti geri qaytarmamışdır və nəticədə,Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı hüquqi şəxs yaratmadan saibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs Şəxs konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 58990.00 (əlli səkkiz min doqquz yüz doxsan) manat valyuta vəsaiti geri qaytarmamışdır. Şəxs İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 34700.00(otuz dörd min yeddi yüz) ABŞ dolları pul vəsaitinin 50(əlli) faizi məbləğində yəni, 17350.00(on yeddi min üç yüz əlli) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə tutularaq Dövlət X3: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944 hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar