Məhkəmə qərarları › İş №3(060)-150/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-150/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-150/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 YPX inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1973-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23.12.2021-ci il tarixdə, saat 00:15 radələrində idarə etdiyi “Opel” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı həkim müayinəsindən keçməkdən imtina etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən 23.12.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisəni tam dəqiqliyi ilə xatrılamır. Lakin vətəndaş Şəxs 23.12.2021-ci il tarixdə, saat 00:15 radələrində idarə etdiyi “Opel” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, Metalluqr küçəsində saxlanılmış, saxlanılan zaman avtomobili özü idarə etmişdir, yanında ayıq sürücünün əyləşdiyi müəyyən edilmişdir. Bu zaman Şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə etməsindən şübhələndiyi üçün sərxoşluq vəziyyətinin yoxlaması üçün müayinəyə dəvət edilmiş, lakin sürücü həkim müayinəsindən keçməkdən imtina etmişdir. Bununla bağlı akt da tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Əlavə olaraq qeyd etdi ki, hadisənin baş verdiyi tarixdən bir aydan cox vaxt keçdiyindən onlarda olan videogörüntü artıq silinmişdir. Sürücünün yaşadığı ünvanla avtomobilin saxlanıldığı yer arasında təminən 150-200 metrməsafə vardır. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs əvvəlki məhkəmə iclasında izahat verərkən bildirdirmişdir ki, özünü təqsirli bilmir. Hadisə vaxtı avtomaşın hərəkətdə olmamışdır. Belə ki, 22.12.2022-ci il tarixdə sərxoş olduğu üçün ayıq sürücü vasitəsilə evə getmişdir. Bu zaman evinin yaxınlığında, evinə hardasa 50-60 metr qalmış onun təklifi ilə ayıq sürücü avtomobili saxlamış və sürücü həmin yeri tərk etmişdir. O, avtomobildən əşyalarını götürmək üçün avtomobilin sükanı olan tərəfdən əyləşmiş, lakin avtomobili idarə etməmişdir. Bu zaman avtomobil hərəkətsiz vəziyyətdə olarkən polis əməkdaşı avtomobilə yaxınlaşmış, sənədlərini və həkim müayinəsindən keçməsini tələb etmişlər. Lakin sərxoş olduğu üçün həkim müayinəsindən keçməkdən imtina etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakı ilə keçirilən məhkəmə iclasında Şəxs əvvəlki izahatına əlavə olaraq bildirdi ki, polis əməkdaşı onunla danışarkən ayıq sürücü avtomobilin qabaq şərnişin olan tərəfə heç bir dəvət olmadan əyləşmiş və polis əməkdaşı onun barəsində protokol tərtib edimişdir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs izahatı ilə oxşar məzmunlu izahat verərək, inzibati materiallara əlavə edilən sənədlərlə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan məhkəmə baxışı zamanı tətqiq edilən Şəxs izahatında göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi Opel” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobili 22.12.2021-ci il tarixdə ayıq sürücü vasitəsi ilə hərəkət edən zaman yaşadığı ünvana 10 metr qalmış onun təklifi ilə ayıq sürücü avtomobili saxlamış və özü sərxoş halda sükan arxasına əşləşmiş, avtomobil dayanmış halda YPX-a əməkdaşları arxadan gələrək, sənədlərin təqdim edilməsini və onlarla həkim müayinəsindən keçməsini tələb etmişlər. Sərxoş olduğu üçün həkim müayinəsində keçməkdən imtina etmişdir. İş materiallarında olan 23.12.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və 23.12.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, Şəxs yoxlama zamanı həkim müayinəsindən keçməkdən imtina etməsi iş materiları ilə tam sübuta yetirilir. Onun özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşımaqla işin araşdırılan halları ilə təkzib olunur. Belə ki, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 məhkəmədə verdiyini izahatından sonra barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs onun təklifi ilə avtomobili saxlayan ayıq sürücünü yola saldıqda sonra polis əməkdaşları ona sükan arxasında hərəkətsiz olan zaman yaxınlaşıb onunla danışarkən ayıq sürücü avtomobilin qabaq şərnişin olan tərəfə heç bir dəvət olmadan əyləşməsi dəlili inandırıcı görünmür. Bundan başqa avtomobilin saxlanıldığı yerlə onun yaşadığı mənzil arasında olan məsafənin kəskin fərqlə qeyd etməsi onun izahatının özünümüdafiə xarakterli olduğunu təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görədörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar