Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1502/2024 26.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi Protokolu tərtib etmiş X6 İdarəsinin Sumqayıt XPM-nin rəisi v.m.i edən polis baş leytenantı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Xəzər dənizinin Sumqayıt şəhər istiqamətində qanunsuz çapaq və külmə balıqlarını tutmuşdur. Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X6 İdarəsinin Sumqayıt XPM-nin rəisi v.m.i edən polis baş leytenantı İbrahim Həsənov tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək göstərdi ki, 12 iyun 2024-cü il tarixdə təxminən saat 03 radələrində balıq tutmaq üçün Sumqayıt şəhəri Xəzər bağları istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, orada 01 ədəd rezin kombinezonu geyinib dənizə girmiş və özünə məxsus olan 01 ədəd uzunluğu 30 metr, eni 4 metr olan toru qurub evinə qayıtmışdır. Həmin gün, yəni 12 iyun 2024-cü il tarixdə saat 06:30 radəsində yenidən toru qurduğu yerə qayıtmış və dənizə girib torları yığarkən qurduğu tora xeyli sayda balıq düşdüyünü görmüş, həmin gün saat 07:25 radəsində toru və tutduğu balıqları yığıb sahilə çıxarkən polis əməkdaşları onu saxlamışlar. Qeyd edir ki, Xəzər dənizində sənaye üsulu ilə balıq ovlaması üçün rəsmi icazəsi olmamışdır. Polis əməkdaşları ona məxsus həmin tora və tutduğu balıqlara baxış keçirmiş, məlum olmuşdur ki, 10 ədəd çapaq və 44 ədəd külmə balıqlarını tutmuşdur. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İşdə olan Su Nəqliyyatında Pİ-nin İB-nin müstəntiqi, polis kapitanı Orxan Paşalı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində İXM-nin 272.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti istintaq aidiyyatı üzrə göndərilmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışında xx.xx.2024-cü il tarixdə Şəxs 10 ədəd çapaq və 44 ədəd külmə balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 594 manat məbləğində ziyan dəydiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-484/2023 nömrəli məktubunda ünvan 2 ünvanında yaşayan Şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilmədiyi göstərilmişdir. 12 iyun 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 12 iyun 2024-cü il tarixdə saat 07:25 radəsində Su Nəqliyyatinda Pİ-nin Sumqayıt XPM-nin əməkdaşları ilə birlikdə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri Kotec qəsəbəsi məhəllə 24, ev 6/36-da qeydiyyatda olmaqla yaşayan Şəxs Sumqayıt şəhəri Xəzər bağları istiqamətində Xəzər dənizindən qanunsuz balıq ovlayarkən saxlanılmışlar. Yoxlama zamanı ondan 1 ədəd uzunluğu 30 metr, eni 4 metr olan tor və 10 ədəd çapaq və 44 ədəd külmə balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “qəbz”dən görünür ki, Şəxs 01 ədəd kombinezon və uzunluğu 30 metr, eni 4 metr olan 01 ədəd tor X6 İdarəsinin Sumqayıt XPM-nin rəisi v.m.i edən polis baş leytenantı X3 tərəfindən müvəqqəti saxlamaq üçün götürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbul aktından görünür ki, 10 ədəd çapaq və 44 ədəd külmə balıqları fərdi sahibkar X4 (VÖEN 1********) tərəfindən qəbul edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatında öz əməlini səmimi olaraq etiraf etmişdir. İXM-nin 272.1-ci maddəsinə əsasən Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1 -ci hissəsinə əsasən balıqovlama bileti olmadan balıq ovu qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli, 128 nömrəli qərarına əsasən 01 ədəd çapaq balığı 11 manat və 01 ədəd külmə 11 manat müəyyən edilmişdir. Həmin qərara əsasən 10 ədəd çapaq və 44 ədəd külmə balıqlarının qanunsuz tutulmasına nəticəsində balıq ehtiyyatlarına dəymiş ziyan 594 manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını Şəxs əməlini yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş X6 İdarəsinin Sumqayıt XPM-nin rəisi v.m.i edən polis baş leytenantı X2 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, sonuncu barəsində İXM-nin 272.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh edilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə nəzərə alır ki, İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib, Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsində saxlanılan inzibati xətanın törədilməsində alət - uzunluğu 30 metr, eni 4 metr olan 01 (bir) ədəd tor və fərdi sahibkar X4 (VÖEN 1********) tərəfindən təhvil alınmış inzibati xətanın bilavasitə obyekti olmuş- 10 ədəd çapaq və 44 ədəd külmə balıqları müsadirə olunmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsində saxlanılan 01 ədəd kombinezon sahibi Şəxs geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1502/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1502/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver