Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1520/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, 00100-01458/24 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100-01458/24 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokola görə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən 30 04.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 2 gömrük bəyannaməsi üzrə ümumilikdə 342.42 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 342.42 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi Nümayəndə elektron qaydada məhkəməyə etiraz göndərərək qeyd etmişdir ki, Şəxs MMC şirkəti olaraq uzun müddətdir fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəyir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyətləri dövründə xeyli sayda işçiləri olmuşdur və onlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuş və hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 2023-ci ildə “X1” Sanayı Ticarət Anonim şirkəti ilə aralarında müqavilə imzalanmışdır. Sözü gedən müqavilənin tələblərinə əsasən tərəflərindən Türkiyyə Respublikasına mis külçələrinin ixracı həyata keçirilmişdir. Müqavilə ilə nəzərdə tutulmuş məhsulların dəyəri mallar ünvana çatdıqdan sonra ödənilməli idi. Qanunvericiliyin tələblərinə uyğun olaraq onlar tərəfindən Gömrük prosedurları həyata keçirildikdən sonra mallar aidiyyatı üzrə göndərilmişdir. Mallar aidiyyatı üzrə çatdıqdan sonra malların dəyəri onlara rəsmi olaraq bank vasitəsi lə hesablarına köçürülmüşdür. Bu əməliyyatlar davamlı olaraq həyata keçirilir. Daha sonra Gömrük orqanı tərəfindən 2024cü ilin may ayında onlara bildirmədən guya **********4049 nömrəli xx.xx.2023-cü il tarixli və **********0277 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri üzrə göndərilmiş malların dəyəri ödənilmədiyindən qanunsuz olaraq inzibati icraat başlamışlar. Yuxarıda qeyd etdikləri ilə bağlı bildirmək istəyir ki, tərəflərindən 2023-cü ilin avqust ayında göndərilmiş malların dəyəri qanunvericiliyin tələblərinə müvafiq olaraq bank hesablarına vaxtı vaxtında ödənilmişdir. Buna dair bank hesablarından çıxarışları hazırki etirazına əlavə edir. Hətta onu da bildirmək istəyir ki, bu məsələ ilə əlaqəda bir dəfə də olsun belə gömrük orqanı tərəfindən hər hansı bir xəbərdarlıq, irad, və ya bildiriş onlara daxil olmamışdır. Lakin, 2024-cü ilin may ayında, qanunsuz olaraq barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən EP0155235 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərmişlər. Aşağıdakı səbəblərdən hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsaslanaraq tərtib edilmiş İnzibati Xəta haqqında protokol qanunsuzdur və başlanmış inzibati icraata xitam verilməlidir. Qeyd olunanlardan və iş materiallarına əlavə edilmiş sənədlərdən və izahatlardan açıq-aydın görünür ki, tərəflərinddən hər-hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyriobyektiv araşdırma aparılaraq əsassız olaraq protokol tərtib olunmuşdur. Göründüyü kimi, **********4049 nömrəli xx.xx.2023-cü il tarixli və **********0277 nömrəli xx.xx.2023-cü il tarixli ixrac gömrük bəyənnamaləri üzrə bütün ödənişlər vaxtında yəni 180 günlük buraxılmadan bank hesablarına ödənilmişdir. Belə olan halda iş materiallarında da göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən icraata xitam verilməli olduğunu bilə bilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişlər. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: xx.xx.2024-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) ümumilikdə 2 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 342.42 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Həmin tarixlərdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 342.42 ABŞ dolları milli valyutaya nisbətdə 582 AZN təşkil edir. Şəxs MMC (VÖEN:**********) qanuni təmsilçisinin kimliyini və həqiqətəndə ********** nömrə altında vergi ödəyicisi kimi qeydiyyatda olub-olmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin www.e-taxes.qov.az ünvanlı rəsmi internet səhifəsinə baxış keçirdim. Baxış nəticəsində müəyyən etdim ki, Şəxs MMC ********** ödəyicisinin eyniləşdirmə nömrəsi vergi uçotuna alınmış və halhazırda qanuni təmsilçisi Viktor Malohadır. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 2 gömrük bəyannaməsi kimi materiala xx.xx.2023-cü il tarixli, **********0277 saylı və xx.xx.2023-cü il tarixli, **********4049 saylı bəyannamələr əlavə edilmişdir. İş materiallarından görünür ki, qeyd olunan faktla bağlı izahat verməsi üçün Şəxs MMC-ə xəbərdarlıq, bildiriş və dəvət barədə məktublarla dəvət edilmiş, lakin nümayəndə çağırışlar üzrə gəlməmiş, aparılan araşdırmada iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin ixrac bəyannamələrindən **********4049 saylı bəyannamə üzrə 399.85 USD daxil olan məbləğ xx.xx.2023-cü il, 205 558.4 USD məbləğ, xx.xx.2024-cü il tarixində, **********0277 saylı bəyannamə üzrə isə 200 117.89 LSD daxil olan məbləğ xx.xx.2023-cü il, 744 USD məbləğ xx.xx.2023-cü il, 143.13 USD məbləğ xx.xx.2023-cü il, 114.98 USD məbləğ xx.xx.2024-cü il tarixində portalda qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, və işdə olan digər sübutlarla təsdiq edilir. Bu səbəbdən "xxxx" MMC İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. İXM-nin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə hüquqi şəxsin müdafiəçisi Nümayəndə məhkəməyə göndərdiyi etiraz ərizəsinə tənqidi yanaşaraq hesab edir ki, bu məzmunda izahat verməklə Nümayəndə hüquqi şəxsin inzibati məsuliyyətdən yayınmasına və ya məsuliyyətinin yüngülləşdirilməsinə cəh etmişdir. Belə ki, Şəxs MMC-nin müdafiəçisi Nümayəndə tərəfindən elektron qaydada məhkəməyə gönərilmiş sənədlərdən xüsusi ilə də "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, xx.xx.2023-cü il tarixli, **********4049 saylı və xx.xx.2023-cü il tarixli, **********0277 saylı və bəyannamələr müvafiq olaraq 227.44 USD və 114.98 USD məbləğlər qanunvericiliklə müəyyən edilmiş 180 gün müddət bitdikdən sonra-yəni xx.xx.2024-cü il tarixində portalda qeydiyyata alınmışdır. Göründüyü kimi hazırkı iş üzrə Şəxs MMC-nin inzibati məsuliyyətini istisna edən və ya aradan qaldıran hallar müəyyən edilməmişdir. İXm-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 102.72 ( bir yüz iki ABŞ dolları yetmiş iki sent) ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsi nəzərə alınmaqla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1520/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1520/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver