Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1524/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və direktoru Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında 12 iyun 2025-ci il tarixli, EP ******* nömrəli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola görə, Şəxs tərəfindən 14000.00 Avro məbləğində vəsait bank vasitəsilə 02 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 14000.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 03 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 430.4-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində potokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və direktoru Nümayəndə1 izahatında göstərmişdir ki, 02 may 2023-cü il tarixində avans olaraq ölkədən xaricə köçürülmüş 14000 (on dörd min) Avro məbləğində vəsait ölkəyə geri qaytarılmışdır. Belə ki, köşürülən avans hesabına həmin məbləğdə avto-nəqliyyat ehtiyat hissələri alınaraq ölkəyə idxal olunmuşdur. 16 avqust 2023-cü il tarixinə 2 gömrük bəyanaməsi avans hesabına alına malların ölkəyə idalını təstiq edə bilir, lakin invoys nömrələri Bəyannamədə qeyd olunmadığı üçün elektron sistemdə öz təsdiqini tapmamışdır. Sistemdə baş vermiş xəta ilə bağlı Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. MMC barəsində tərtib edilmiş protokol ilə razı deyildir. Qeyd olunanların nəzərə alınmasını və hüquqi şəxs barəsində tərtib edilmiş 12 iyun 2025-ci il tarixli, EP ******* nömrəli protokolun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmş sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış KB-83/2-141/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubda “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələbi olaraq, idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal vəya xidmətin idxalını təsdiq edən sənədi Banka təqdim etməli olduğu, eləcə də 01.05-xx.xx.2025-ci il tarixində ödəniş etmiş, lakin köçürmələr üzrə idaxlı təstiq edən müvafiq sənədləi "xxxx" ASC-ə tam olaraq təqdim etməyən müştərilən siyahısı göstərilmişdir. 02 may 2023-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC vəsaiti köçürən müştəri, “HİDİRUSTA OTOMATİV A.S.” isə ödənişi alan müştəri olmuşdur. Qeyd olunan sənədə əsasən, "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən 14000.00 Avro məbləğində vəsait “TURKİYE İS BANKASİ A.S”-nin hesabına köçürülmüşdür. AR İN yanında X1 elektron sistemindən alınmış 05 iyun 2025-ci il tarixli çıxarışdan görünür ki, ********** VÖEN-li Şəxs MMC xx.xx.2022-ci il tarixdən dövlət qeydiyyatında olmaqla 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotundadır. MMCnin hüquqi ünvanı AZ5000, ünvan 1məsinin 3(060)-1454/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarla Şəxs MMC İXM-nin 430.4-cü maddəsində nəzərədə tutulmuş inzinati xətanın törədilməsində təqsirli bilinərək 2800 Avro məbləğində cərimə edilmşdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC barəsində eyni fakt üzrə Sumqayıt şəhər məhkəməsinin inzibati tənbeh etmək haqqında qərarı mövcuddur. İXM-nin 53.1.7-ci maddəsinin tələblərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərarın olması inzibati xəta haqqında iş üzrə icrattı rədd edən hallardan biridir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən və elektron məhkəmə siteminə baxış keçirilərkən məlum olmuşdur ki, Mərkəzi bank tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 10 iyun 2025-ci il tarixli, EP ******* nömrəli protokol baxılması üçün 11 iyun 2025-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və hakimin (Günel İsmayılova) inzibati icraatına daxil olmuşdur. Protokola əsasən, Şəxs MMC tərəfindən 14000.00 Avro məbləğində vəsait bank vasitəsilə 02 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində 14000.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 03 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Həmin inzibati xətanı törətmiş Şəxs MMC barəsində 17 iyul 2025-ci il tarixində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20% məbləğində, yəni 2800 Avro məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində eyni fakt üzrə cərimə növündə inzibati tənbeh tətbiq etmək haqqında hakimin qanuni qüvvəyə minmiş qərarı vardır. Məhkəmə İXM-nin 53.1.7-ci maddəsinə istinad edərək hesab edir ki, sonuncu barəsində başlanmış icraata xitam verilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1 və 53.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.7-ci maddəsinin tələblərinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1524/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1524/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver