Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1525/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan. ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra idarəsindən Şəxs barəsində 07 iyun 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilənlərə görə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6674/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən 12 iyul 2019-cu il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında alimentin Şəxs tutularaq X5 verilməsdi qət edilmişdir. Lakin borclu icra sənədinin icrasından boyun qaçırmış, icra sənədini üzrsüz və qərəzli şəkildə icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1525/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1525/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından narazı qalan X2 apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 1525/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qismən ləğv edilərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs ilə bağlı tənbeh tədbirinin görülməsi ilə bağlı yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-335/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1525/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Şəxs barəsində olan inzibati xəta haqqında işin yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-335/2022 saylı qərarında qeyd etmişdir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olması, icra sənədinin hansı üzürsüz səbəbdən yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərəkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. Lakin inzibati xala haqqında materialdan görünür ki, icra məmuru qanunvericiliyə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlakı istisna olmaqla, borcluya məxsus olan digər əmlakların olubolmamasını müəyyən etməmiş, həmçinin stabil olaraq aliment ödənişləri edən Şəxs son 3-4 ay ərzində aliment borcunu ödəməməsinin səbəbini araşdırmamış, eyni zamanda aliment borcunun məbləğini də nəzərə almamışdır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, borclu Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6674/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinin icrasından boyun qaçırmış, icra sənədini üzrsüz və qərəzli şəkildə icra etməmişdir. Ona görə də, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşmayaraq məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6674/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən müəyyən edilmiş aliment məbləğini əvvəllər vaxtlı-vaxtında ödəsə də, sonradan səhhətində yaranmış narahatçılıqlarla bağlı işləyə bilməmiş və buna görə də tələbkara 700 manat aliment borcu yaranmışdır. Artıq səhəti bir az yaxşılaşmış və o, bu günlərdə işləməyə başlamışdır. Tezliklə alacağı puldan 300 manat aliment ödəyəcəkdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında göstərdi ki, borclu Şəxs qərəzli olaraq icra sənədini icra etməkdən boyun qaçırır. Onun maddi vəziyyəti normal olmasına baxmayaraq müxtəlif bəhanələr gətirərək 700 manat məbləğində aliment borcunu qəsdən ödəməmişdir. Borclunun icra sənədini icra etməkdən yayınmasının üzürsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs uşağın saxlanılması üçün ona hər ay 154 manat ödəməli olduğu halda bu məbləği tam yox, hissə-hissə ödəyir. Borclu əvvəllər aliment borcundan qismən ödəniş etsə belə, son zamanlar həmin məbləği ödəməkdən təmamilə yayınmışdır. O, qeyd edilənləri nəzərə alıb, Şəxs həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin, məhkəmə araşdırması zamanı isə Şəxs əməlində icra məmurunun qanuni tələbinin üzürsüz səbəbdən icra edilməməsi ilə müşayiət olunan qərəzli hərəkətlər müəyyən edilməmişdir. Belə ki, işin araşdırılan hallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə səhhəti barədə təqdim etdiyi sənədlərdən və məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, borclunun icra sənədini icra etməməsi üzrsüz və qərəzli şəkildə olmamış, o icra məmurun çağırışlarından yayınmamış və aliment borcunu mütəmadi ödəmiş, son dövrlər səhəti ilə bağlı ödəyə bilmədiyi alimenti isə tezliklə ödəyəcəyini bildirmişdir. Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə nəzərdə tutulmuş qaydada sübuta yetmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına və Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd olunan maddələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə nəzərdə tutulmuş qaydada sübuta yetmədiyindən, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1525/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1525/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver