Məhkəmə qərarları › İş №3(060)-1526/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1526/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1526/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Tahir Şirinovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili – Vəkil iştirakları ilə, xx.xx.1988-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 07.06.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən protokol daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 15.05.2022-ci il tarixdə saat 13:01 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Liman” klinikasının qarşısında vət. Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş X2 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Şəxs 15.05.2022-ci il tarixdə saat 13:01 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Liman” klinikasının qarşısında vət. Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə 3-cü Polis bölməsinə göndərilmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğuldur. 15.05.2022-ci il tarixdə Zərərçəkmiş şəxs taksi sifariş etmiş və həmin sifarişi o götürmüşdür. Lakin Zərərçəkmiş şəxs proqramda müəyyən olunmuş vaxtda taksiyə yaxınlaşmamış nəticədə o, sonuncunu 16 dəqiqə gözləmək məcburiyyətində qalmışdır. Zərərçəkmiş şəxs taksiyə iki uşağı ilə əyləşmiş bu zaman onun niyə gec gəldiyinin səbəbini soruşmuşdur və əlavə pulun verilməli olduğunu bildirmiş, lakin zərərçəkmiş bu pulu verməkdən imtina etmiş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Zərəçəkmiş şəxsi aparmaqdan imtina edrək avtomobilidən düşməyi tələb etdikdə o bundan imtina edərək avtomobilin qapısını əli ilə saxladığı üçün avtomobildən düşərək sərnişinin qapısını örtmüş və həmin yerdən uzaqlaşmışdır. Həmin vaxt avtomobilində heç bir əşya qalmamışdır. Məhkəmədən inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs qızı izahatında bildirdi ki, Odur ki, 15.05.2022-ci il tarixdə taksi sifariş etmişdir. Lakin yanında iki azyaşlı uşağı olduğundan və əlində bağlamaları olduğundan, o 2-3 dəqiqə gec düşmüşdür. Bu zaman sürücü ona bağırmış və nəyə görə gec gəldiyini soruşmuşdur. Daha sonra isə sürücü ondan maşından düşməsini tələb etmiş və onu maşıından düşürmüşdür. Bağlamaları onun əlindən alaraq maşına qoyub ara istəyirsən get şikayət et deyib həmin yerdən uzaqlaşmışdır. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Məmmədov X1 Taleh Vahid oğlu barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun tərəflərin izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 24.05.2022-ci il tarixli qərarla ciinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surətinin aidiyyatı üzrə gööndərilməsi, itirilmiş 10 kq əti, bağlamanın içərisində olan 1 ədəd xalça, həyat yoldaşına məxsus 1 ədəd şalvar, alt paltarları, uşaqlarının 4 ədəd şaıvarı, 3 ədəd uşaq maykası və 1 ədəd taxtlıq mələfəsi tapılıb sahibinə qaytarılması istiqamətində tədbirlərin təşkil olunması üçün qərarın surətinin aidiyyəti xidmətə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16.05.2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokolda qeyd edilmişdir ki, baxış zamanı özündə əks etdirən 1 ədəd CD diskdəki videogörüntüdə bulanıq şəkildə uzaqdan 15.05.2022-ci il tarixdə saat 13:01 radlərində Sumqayıt şəhəri, 6-cı mkr, 35 saylı binanın keçidində ağ rənfli RENO marrkal avtomobilin dayanması, arxa sağ qapı tərəfindən bir nəfər xanım əlində ağ rəngli poketi yerə qoyması, azyaşlı uşaqların düşməsi, qapı açıq vəziyyətdə əlini qapıdan çəkməkdən danışması, avtomobilin iraz irəliyə gedib sürücünün düşüb gələrək ordakı xanımla mübahisə edib arxa qapını bağlayıb sürücü tərəfə keçmək istədikdə xanımın yenidən qapını açmaq istədiyini görüb sürücünün xanımın üzərinə gəlməsi və xanımın geriyə çəkilərək telefonla danışmas, sonra sürücünün öz avtomobilinə minib sürüb hadisə yerindən uzaqlaşması, avtomobil getdikdən sonra ağ rəngli poketin yerdə olması görüntülənmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 06 saat hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar