Məhkəmə qərarları › İş №3(060)-1526/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1526/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1526/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Prokuror-Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Sumqayıt şəhər Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialın baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərar və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi X2 izahatında göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən 10 sentyabr 2022-ci il tarixdə X3 "xxxx" QSC-də iş vaxtı xəsarət alması ilə bağlı məlumat daxil olmuşdur. Faktla bağlı araşdırma aparılmış və 06 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 03 aprel 2023-cü il tarixli rəyinə əsasən X3 ümumi əmək qabiliyyətinin 1/3-dən az daimi dayanıqlı itirilməsinə səbəb olmuş sağlamlığına az ağır zərərvurulmuşdur. Araşdırma zamanı təyin edilmiş məhkəmətexniki təhlükəsizlik ekspertizasının 30 may 2023-cü il tarixli rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar “İstehsalat prosesləri’' 12.2.003-91 DST-nin 2.9.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. “Azmet' QSC-də metal əritmə işləri ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə “İstehsalat prosesləri” 12.2.003-75 DST-nin 2.9.1-ci bəndinin tələbləri istehsalat sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Buna görə də "xxxx" QSC-də təhlükəsizlik üzrə mühəndisi vəzifəsində çalışmış Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Həmçinin "xxxx" QSC barəsində də protokol tərtib olunmuş və hazırda məhkəmənin icraatındadır. Odur ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, X4 bütün təhlükəsizlik qaydaları ilə tanış edilib və müvafiq kitaba qeydlər aparılaraq imza etmişdir. Bundan başqa hər 10 gündən bir profilaktik söhbətlər aparılıb. Bu hadisə ilə bağlı onun günahı yoxdur. Məhkəmədən barəsində İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan sanksiyanın ən aşağı həddində cərimə inzibati tənbehin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən qəbul edilmiş 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" QSC-də təhlükəsizlik mühəndisi vəzifəsində çalışır. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" QSC-də metal süzən vəzifəsində çalışır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 420 saylı, 1.03.2023-cü il tarixli rəyindən görünür ki, X3 bədəni üzərində sol əlin V barmağının medial (orta) falanqasmın travmatik amputasiyası (10 %) xəsarəti vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərəçəkmişin müayinəsindən 6-1,5 il əvvəl olmaqla zərərçəkənin göstərdiyi tarixdə və qaydada yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az daimi dayanıqlı itirilməsinə səbəb olmuş AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 10/2571 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.9.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. “Azmet' QSC-də metal əritmə işləri ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə “İstehsalat prosesləri” 12.2.003-75 DST-nin 2.9.1-ci bəndinin tələbləri istehsalat sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin pozulması müəyyən edilməmişdir. İş materiallarında olan 01 dekabr 2020-ci il tarixli, K20/0180 nömrəli əmrin surətindən görünür ki, Şəxs “Azmet' QSC-yə təhlükəsizlik üzrə mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" QSC təhlükəsizlik üzrə mühəndisi vəzifəsində çalışmış, xx.xx.1961-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar