Məhkəmə qərarları › İş №3(060)-1528/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1528/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1528/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Eldar İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi ünvan 5il Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd edilən protokollar məhkəmənin qərardadı ilə bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında protokollara əsasən xx.xx.2025-ci ildə, saat 17:00-da Şəxs yaşadığı ünvan 3 ünvanında, daha sonra isə Sumqayıt şəhəri, Axundov küçəsində yerləşən 4-cü Polis Bölməsinin qarşısında polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri, ifadələri işlədərək xırda quliqanlıq törətmiş, həmçinin o, xx.xx.2025-ci ildə, saat 22:35 radələrində Sumqayıt RND-də tibbi müayinə zamanı qanunsuz olaraq narkotik vasitə “metamfetamin” istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Eldar İbrahimov izahatında göstərmişdir ki, Şəxs yaşadığı Sumqayıt şəhəri, Qara Qarayev küçəsi, ev 7 ünvanında, daha sonra isə Sumqayıt şəhəri, Axundov küçəsində yerləşən 4-cü Polis Bölməsinin qarşısında polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri, ifadələri işlədərək xırda quliqanlıq törətmiş, həmçinin o, xx.xx.2025-ci ildə, saat 22:35 radələrində Sumqayıt RND-də tibbi müayinə zamanı qanunsuz olaraq narkotik vasitə metamfetamin istifadə etməsi müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun dörd övladı var. 12 yaşlı övladı Püstənin itkin düşməsi ilə bağlı polisə müraciət etmişdir. O, polisləri söyməmişdir. O, əvvəllər narkotik vasitə istifadə etsə də, uzun müddətdir ki, narkotik vasitə qəbul etməmişdir. Lakin, polislər onu idarədə döyüb təhqir etmişlər. Onu iki nəfər polis əməkdaşı döymüş, böyrünə və boynuna vurmuşlar. Ona vəkildən imtina etməsi barədə ərizəyə imza etməsini bildirmişlər. Həmçinin, tətib edilmiş protokolda “barəmdə tərtib edilmiş protokola razıyam. İmza/ Nəbiyev.R.S.” yazısının ona məxsus olmadığını bildirmişdir. O, göstərilənləri nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X5 bildirmişdir ki, Şəxs verdiyi məlumata əsasən PB-nin təhqiqatçısı Elşən Quliyev və PB-nin sürücüsü Zaur Mehdizadə ilə birlikdə onun 102 xidməti zəng mərkəzinə bildirdiyi ünvana getmişlər. Şəxs 102 xidmətinə verdiyi məlumatla əlaqədar ərizə, izahat verməli olduğu izah edilsə də, o səbəbsiz yerə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək küçə söyüşləri ilə təhqir etmişdir. Şəxs avtopatrul vasitəsilə PB-yə gətirmişlər. PB-nin inzibati binasının qarşısında da polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında müdafiəçi ünvan 5il Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində dörd az yaşlı övladlarının olmasını, onlara təkbaşına baxmasını nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Elşən Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs verdiyi məlumata əsasən PB-nin təhqiqatçısı Elşən Quliyev, PB-nin sahə rəisi Faiq Qurbanov və PB-nin sürücüsü Zaur Mehdizadə ilə birlikdə onun 102 xidməti zəng mərkəzinə bildirdiyi ünvana getmişlər. Şəxs 102 xidmətinə verdiyi məlumatla əlaqədar ərizə, izahat verməli olduğu izah edilsə də, o səbəbsiz yerə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək küçə söyüşləri ilə təhqir etmişdir. Şəxs Avtopatrul vasitəsilə PB-yə gətirmişlər. PB-nin inzibati binasının qarşısında da polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Elşən Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs narkotik vasitə istifadə etməsini səmimi etiraf etməsi, həmçinin Sumqayıt Şəhər Narkoloji Dispanserin A/1296 saylı tibbi müayinə protokoluna əsasən Şəxs narkotik vasitə olan metamfetamin istifadə faktı öz təsdiqini tapmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş ünvan 7 ünvanında qeydiyyatda olan və ünvan 8 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Sumqayıt ŞPİ-nin 4-cü PB-yə həvalə edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-də verdiyi izahatında bildirmişdir ki, o, 2011-ci il tarixdə X3 ilə rəsmi qaydada ailə həyatı qurmuş, bu evlilikdən 2 qız 2 oğlan uşaqları var, Sahilə ilə aralarında baş vermiş mübahisələr səbəbilə 1 il müddətdir ki ayrılmışlar, hazırda boşanmaqları ilə bağlı məhkəmə prosesi davam edir. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Şamaxı rayon Məkəməsinə anası Gülxanım ilə birlikdə getmişlər. Həmin zaman orada Sahilə də olmuş, Sahilə onlardan qabaq Sumqayıt şəhərinə gələrək evilərindən 12 yaşlı Püstəni götürərək çıxıb getmişdir. O, ailə üzvləri ilə maraqlandıqda uşağın evdə olmadığını demişlər. Daha sonra o, Sahilə ilə mobil telefon əlaqəsi saxladıqda Sahilə uşağın onun yanında olmadığını demişdir. O da bundan sonra 102 xidmətinə zəng edərək uşağının itkin düşməsi barədə məlumat vermişdir. Onun yaşadığı evə polis əməkdaşları gəlmiş, ərizə, izahat alınması üçün onu polis bölməsinə dəvət etmişlər. O da əsəbi olduğu üçün onların ünvanına səbəbsiz yerə küçə söyüşləri söyərək təhqir etmişdir. Hazırda uşağı Püstə anası Sahilənin yanındadır. O, narkotik vasitə olan metamfetamin istifadə etdiyini, sonuncu dəfə iki ay əvvəl istifadə etdiyini bildirmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sürücüsü X1 verdiyi izahatda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə PB-nin əməliyyat qrupunda xidmətdə olduğu zaman ünvan 8 ünvanında yaşayan Şəxs DİN-nin 102 xidmətinə zəng edərək 2012-ci il təvəllüdlü övladının itkin düşməsi barədə verdiyi məlumatla əlaqədar PB-nin təhqiqatçısı, polis mayoru Elşən Quliyev və PB-nin sahə rəisi polis mayoru Faiq Qurbanov ilə birlikdə 102 xidmətində göstərilən ünvana getmişlər. Şəxs 102 xidmətinə vermiş olduğu məlumatla əlaqədar ərizə, izahat verməli olduğu onlar tərəfindən izah edilsə də, o səbəbsiz yerə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək küçə söyüşləri ilə təhqir etmişdir. Şəxs avtopatrul vasitəsilə PB-yə gətirmişlər. PB-nin inzibati binasının qarşısında da polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3625 nömrəli rəydən görünür ki, Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:10-da tutulmuş, xx.xx.2025-ci ildə, saat 16:05-də azad edilmişdir. xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs götürülmüş nümunədə metamfetamin qəbulu faktı aşkarlanmışdır. Beləliklə, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi, həmçinin narkotik vasitədən istifadə etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatına münasibətdə isə onu qeyd edir ki, şəxsin izahatını təsdiq edəcək sübutlar mövcud olmadığından onun izahatını müdafiə xarakterli qiymətləndirmək olar. Proses iştirakçıları məhkəməyə sübutlar təqdim etməkdə sərbəstdir. Məhkəmə, proses iştirakçılarının təqdim etdiyi sübutlar əsasında öz daxili inamına əsasən qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 32-33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 510-cu maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 19:10-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3625 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası inzibati həbs və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən; 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilənlərdən əlavə məhkəmə hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına ünvan 5il Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 206-cı maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 19:10-dan hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o, inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar