Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1529/2021 27.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar - X3, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru - X11 oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən 27 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-7834/2016 saylı 08.06.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X3 xeyrinə 12.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 06.05.2016-cı il tarixdən başlayaraq hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə Şəxs 3505 manat aliment borcu yaranmışdır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)- 7834/2016 saylı 08.06.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X3 xeyrinə 12.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 06.05.2016-cı il tarixdən başlayaraq hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə Şəxs 3505 manat aliment borcu yaranmışdır. Borclu şəxs tərəfindən icra sənədi üzrə 2018-ci ilin oktyabr ayında ödəniş edilmişdir. 2019, 2020 və 2021-ci illər ərzində heç bir ödəniş edilməmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-7834/2016 saylı 08.06.2016-cı il tarixli icra sənədinə əsasən ondan iddiaçı X3 xeyrinə 12.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 06.05.2016-cı il tarixdən başlayaraq hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment ödənilməlidir. Hazırda 3505 manat aliment borcu yaranmışdır. Borcundan sonuncu dəfə 2018-ci ilin oktyabr ayında ödəniş etmişdir. 2020-ci ilin yanvar ayından avqust ayına qədər olan müddət ərzində keçmiş həyat yoldaşı ilə barışmışlar, sonradan yenə ayrılmışlar. Borcundan ödəniş edə bilməməsinin səbəbi mövcud pandemiya vəziyyəti və işsizlik olmuşdur. Hazırda borcundan ödəniş edə bilmir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X1 Cavid Əli oğlunun icra sənədi üzrə 2020 və 2021-ci illər ərzində aliment borcundan heç bir ödəniş etmədiyini, ondan şikayətçi olduğunu, borclunun aliment borcunun heç olmasa yarısından az olmayaraq ödənilməsini tələb etdiyini bildirərək borclu şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, barəsində protokol tərtib olunmuş şəxsin, icra sənədi üzrə tələbkarın və protokolu tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən 2019, 2020 və 2021-ci illər ərzində heç bir aliment ödənişinin edilməməsi onun qərəzli olaraq və üzrsüz səbəbdən Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını bir daha sübut edir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin izahatı və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar X3 məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs aliment borcunun yarısından az olmamaq şərti ilə ödənilməsini tələb edir və sonuncudan şikayətçidir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzrlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1529/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1529/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver