Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-153/2022 28.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə təqsirləndirilməsinə dair Dövlət Vergi Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi : Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən «Mover” MMC-nin (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektində karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət tədbiri həyata keçirilmiş və AR İXM-nin 211.2-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Şəxs MMC-nin və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC-nin (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət tədbiri həyata keçirilmiş və nəticədə bu tələblərin pozulması faktı aşkar olunaraq 23.12.2021-ci il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokola əsasən 23.12.2021-ci il tarixdə saat 12:35-də Sumqayıt şəhəri, 45-ci məhəllə, Dostluq küçəsi ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektə müştərinin maska taxmadan obyektə daxil olması müəyyən edilmişdir. Bu faktı təsdiq edən fotoşəkillər iş materialına əlavə edilmişdir. İş materiallarını araşdıraraq, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin məcəllənin 211.2-ci maddəsinə görə, Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Şəxs MMC-nin İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində inzibati tənbeh tədbiri növündə cərimə tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115, 388-1.1-ci maddələrini rəhbər tutataraq, məhkəmə Qərara aldı: ünvan 2 ünvanda yerləşən Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-153/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-153/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver