Məhkəmə qərarları › İş №3(060)-1530/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1530/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1530/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Peyman Süleymanovun, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Arif Musayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili – Vəkil Zərərçəkmiş şəxslər – X3, X1, X6 və X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən protokollar daxil olmuşdur. Ona görə ki, o 30.05.2022-ci il tarixdə, saat 18:00-da Sumqayıt şəhəri, 26-ı məhəllədə X7 aldadaraq 480 manat pulunu oğurlamışdır. Bundan başqa 07 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 25.04.2022-ci il tarixdə vət. X2 qarşı dələduzluq edərək 135 manat müqabilində “İLK İNŞAAT” şirkətində işə düzəldəcəyinə söz verib aldatmışdır. Bundan başqa, 07 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 25.04.2022-ci il tarixdə X9 işə düzəltmə adı ilə 35 azn pul almış, lakin onu işə düzəltməmiş və ona qarşı dələduzluq etmişdir. Bundan başqa 07 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 04.05.2022-ci il tarixdə Şəxs vətəndaş X8 məxsus 135 manat pulu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətta haqqında 07 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 30.05.2022-ci il tarixdə, saat 18:00-da Sumqayıt şəhəri, 26-ı məhəllədə X7 aldadaraq 480 manat pulunu oğurlamışdır. Bundan başqa 07 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 25.04.2022-ci il tarixdə vət. X2 qarşı dələduzluq edərək 135 manat müqabilində “İLK İNŞAAT” şirkətində işə düzəldəcəyinə söz verib aldatmışdır. Bundan başqa 07 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 25.04.2022-ci il tarixdə X9 işə düzəltmə adı ilə 35 manat pul almış, lakin onu işə düzəltməmiş və ona qarşı dələduzluq etmişdir. Bundan başqa 07 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 04.05.2022-ci il tarixdə Şəxs vətəndaş X8 məxsus 135 manat pulu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli, MN seriyalı 1426815 saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1529/2022 saylı, 3(060)-1530/2022 saylı, 3(060)-1531/2022 saylı, 3(060)- 1532/2022 işlər bir icraatda, yəni 3(060)-1532/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 07 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1529/2022 saylı, 3(060)-1530/2022 saylı, 3(060)-1531/2022 saylı, 3(060)-1532/2022 işlər bir icraatda, yəni 3(060)-1532/2022 nömrə ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar